SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Akim Bədəlovun şirkəti milyonları talayır, “Azgüntex” fəhlələri isə maaş almır

Akim Bədəlovun şirkəti milyonları talayır, “Azgüntex” fəhlələri isə maaş almır

Tarix:

7-02-2017, 00:26

/ 1 915 dəfə oxundu.
Akim Bədəlovun şirkəti milyonları talayır, “Azgüntex” fəhlələri isə maaş almır

Hər gün işsizlik, ixtisar, maaşların kəsilməsi, aylarla verilməməsi haqda xəbərlər gəlməkdədir. Dünən “Azəryod” ASC 100 əməkdaşını işindən azad etmişdisə, bu gün də “Azgüntex” MMC işçiləri maaş ala bilmir.

Fəhlələr keçən ilin iyul ayından maaşlarını ala bilmir. “Dəfələrlə etirazımızı bildirmişik, amma vəziyyət müsbətə doğru dəyişmir.

Bunu fevralın 6-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fəaliyyət göstərən «Azgüntex» MMC-nin keçmiş əməkdaşı, mühafizə xidmətində çalışmış Vüsal İsayev bildirib.

Onun deməsinə görə, gecikmələr əvvəl də olub, amma indiki kimi uzun olmayıb: “Maaşlar 2-3 ay geciksə də, sonunda ala bilirdik. Amma iyul ayından bu yana halal haqqımızı ala bilmirik. 60-a qədər əməkdaşın maaşı verilmir. Şəxsən mənə 2800 manat verəcəkləri var. Fəhlələrin də hər birinə verəcəkləri təxminən 2000 manatdan bir az çoxdur.

V.İsayev deyir ki, rəhbər heyət maaşını alır, amma fəhlələrin pulları verilmir: «Əgər bu pul yoxdursa, bunlara haradan verilir? Yox, pul varsa, niyə fəhlələrin maaşları verilmir?».

«Azgüntex» MMC-dən “Azadlıq” radiosuna bildirilib ki, indi ölkənin hər tərəfində maliyyə problemləri var. O cümlədən bizdə də maliyyə problemi yaşanır. Başqa bir səbəb də yoxdur.

«Azgüntex» MMC 2012-ci ildən fəaliyyət göstərir, alternativ enerji mənbəyi olan günəş panelləri istehsal edir.

Araşdırma zamanı bu şirkətin arxasından qalmaqallı məmur çıxıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlət tərəfindən alternativ energetika üçün ayrılan on milyonlarla vəsaiti bu şirkətlə talayırmış.

Belə ki, büdcəmizdən günəş stansiyaları üçün ayrılan vəsait hesabına Akim Bədəlovun ailəsinə məxsus "Azgüntex" müəssisəsində yığılmış və mərhum akademik Tofiq İsmayılovun elmi işi olan günəş panelləri alınır. Üstəlik büdcəmiz hesabına stansiyaların tikinti və quraşdırma işlərini "Xəzər" aparır.

Alternativ stansiyadan verilən enerjinin ölkə şəbəkəsinə qoşulması üçün onun fasiləsiz olması lazımdır və orada istehsal edilən enerjinin digərlərindən baha olmaması.

Bədəlovun quraşdırdığı stansiyalar bu şərtlərə uyğun gəlmir, panellər təmamilə xaricdən gətirilmə hissələrdən yığıldığına görə orada istehsal edilən enerji dəfələrlə baha başa gəlir.

Şərhlər

XƏBƏR LENTİ