Lütfi Zadə ilə vida mərasimi başa çatdı - Yenilənir + Fotolar
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi başlayır.
Alimin cənazəsi AMEA-ya gətirilib.
***
Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edir. Prezident İlham Əliyev Lütfi Zadənin yaxın qohumu, xalq artisti Cənnət Səlimovaya başsağlığı verib.
***
Mərasimdə çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib ki, Lütfi Zadə Azərbaycana bağlı olub:
"Axırıncı dəfə Bakıda 2008-ci ildə olub. Bakının inkişafı onu heyran edib. Onun bu gün elmi məktəbləri var. Azərbaycan dövləti onun böyük alim olmağını yüksək qiymətləndirib. Ona " Dostluq " ordeni və Nizami Gəncəvi adına qızıl medal verilib. Onun vəfatı dünya ictimaiyyətini kədərləndirir".
***
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Lütfi Zadənin dəfnində olması onun üçün kədərlidir: "Onun son vəsiyyəti göstərdi ki, Azərbaycana bağlı adam olub. Onun dünya elminə verdiyi töhfə misilsizdir. Azərbaycan elminin tarixinə söykənərək öz kəşflərini edib. O, həyatı boyu elm və bilik məşəlini ləyaqətlə daşıyıb. Bunun nəticəsidir ki, bu gün gənclik elmə həvəslə yanaşır. Mən əminəm ki, yeni Lütfi Zadələr yetişməkdədir. O, xoşbəxt bir insan kimi dünyadan ayrılıb".
***
Xalq artisti, mərhumun xalası qızı Cənnət Səlimova bildirib ki, Zadə bu torpağa bağlıdır və əbədiyyən ruhu burada yaşayacaq. O, buna görə ölkə başçısına təşəkkür edib.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...