İtaliya 300-dək azərbaycanlı tələbəyə viza vermir - Deputat səfirliyimizi İTTİHAM ETDİ
Azərbaycandan 750 tələbə İtaliyanın müxtəlif universitetlərinə daxil olub. Onların 450-470-nə İtaliyaya getmək üçün viza verilib, digərlərinə isə verilməyib. Problemlə üzləşən azərbaycanlı gənclərin əllərində İtaliya universitetlərinə qəbul olunduqları barədə sənədlər var. Di gəl ki, tələbə adı qazanmış gənclər viza verilmir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Rauf Əliyev deyib.
Deputat bildirib ki, bu problemi aradan qaldırmaq üçün Azərbaycanın İtaliyadakı səfirliyilə əlaqə saxlayıb.
“Zəng edib deyirik ki, konsulla danışmaq istəyirik. Səfirlikdən mənə cavab verirlər ki, konsulla siz e-mail vasitəsilə danışmalısınız. Guya, o, mənimlə e-maillə danışacaq. Mən bu problemin mövcudluğu barədə xarici işlər naziri Elmar Məmmədyarova da təyyarədə birlikdə olduğumuz vaxtda məlumat verdim.
Bu, çox problemli məsələdir. Əgər tələbələrimizin İtaliyada təhsil alması üçün viza verilmirsə, biz oradan imtina edək, getməsinlər o ali məktəblərə. Yox, əgər imkan varsa, onda qanun çərçivəsində bu tələbələrin məsələsi həll edilsin”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...