Mikayıl Cabbarovun daha bir dərslik bəlası: 2-ci sinifdə ali məktəb səviyyəsi – VİDEO
Uşaq ikinci sinfə gedir, lakin onun musiqi dərsliyindəki terminlər ali məktəb səviyyəsindədir. Bu iddia ilə bir valideyn müraciət edib. Bəs aşağı sinif şagirdinin qəliz terminlərlə yüklənməsi nə dərəcədə doğrudur? Əməkdaşlarımız məsələni araşdırıblar.
Dinamika, stakkato, legato, liga, reqistr, oktavanın növləri kimi musiqi terminləri. Bütün bu sadalananlar, ilk oxunuşdan peşəkar bir musiqiçinin tədris materialını xatırladır. Lakin nə qədər təəccüblü olsa da, qeyd olunan məlumatlar orta məktəbin 2-ci sinfi üçün nəzərdə tutulan musiqi dərsliyində əks olunub .
Valideynlər musiqiçi olmayan bir uşağın qəliz terminlərlə bu qədər yüklənməsindən narazıdırlar. Onlar deyirlər ki, musiqi dərsliyi əyləncəli olmaqla yanaşı, uşaqda bu sahəyə maraq oyatmalıdır. Məsələ ilə bağlı dərsliyin müəllifi, professor Oqtay Rəcəbovla əlaqə saxladıq. O bildirdi ki, narazılıqlarla bağlı valideynlər yaxşı olar ki, ilk olaraq müəllifə müraciət etsinlər. Diskussiyalar zamanı sual yaradan məsələlərə aydınlıq gətirmək mümkündür.
Mütəxəssislər isə qeyd edirlər ki, aşağı siniflərdə təhsil alan uşaqların ağır və qəliz terminlərlə yüklənməsi nəinki onların inkişafına, hətta gələcəkdə bu dərslərdən soyumasına da gətirib çıxara bilər.. Odur ki, bu məqamlara xüsusi diqqət yetirmək lazımdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...