Yol polisi parkomat olan küçədən maşınları daşıdı - Foto
Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İli İdarəsinin hətta yaşayış binalarının qarşısında belə vətəndaşların avtomobillərini aparması ilə bağlı narazılıqlar artmağa başlayıb. Azərbaycanda yol polisi ilə bağlı əsas narazılıqlar “Siqnal İli” idarəsinin fəaliyyəti ilə bağlıdır.
Bakının Yasamal rayonunda Həsən Bəy Zərdabi küçəsində parkomant aparatı quraşdırıldığından sürücülər rahatlıqla avtomobillərini burada park edir. Ancaq geriyə dönəndə isə avtomobillərinin DYP tərəfindən aparılmasının şahidi olur.
Qeyd edək ki, Nəsrədin Tusi Klinkasının yerləşdiyi bu küçədə avtomobil park edənlərin əksəriyyəti klinikaya xəstə gətirənlərdir.
Avtomobili aparılan Vüqar adlı sürücübildirib ki, xəstə anasını klinkaya müayinəyə gətirən sürücü geriyə dönəndə avtomobilinin aparıldığının şahidi olub.
Qeyd edək ki, paytaxt ərazisində ümumilikdə 500-ə yaxın parkomat qurulub. Həmin parkomatlara nəzarət Bakı meriyasının müvafiq strukturu olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) həyata keçirir.
Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...