"Medi STYLE Hospital" da ittiham olunur - FOTOLAR
Beyləqan sakini Bakıda yerləşən özəl klinika tərəfindən aldadıldığını iddia edir.
Rayonun Mil qəsəbə sakini Əliyev Valeh Aslan oğlunun müxbirimizə dediklərinə görə, o ötən il yeni doğulmuş nəvəsini əməliyyat etdirmək üçün Bakı şəhərinə gələrək, həkimə müraciət edib. Uşağı müayinə edən həkimlər özəl klinikada təcili əməliyyat olunmasını bildirir. Lakin özəl klinikada olunan əməliyyat heç bir nəticə vermir və uşaq dünyasını dəyişir:
"Nəvəm Əliyev Ömər Taleh oğlu 19.11.2016-cı ildə doğulmuşdu. Uşağın beyninə maye yığıldığına görə həkimə müraciət etdik. Mərkəzi klinikadan nevrocərrah işləyən Vuqar adlı həkim bizə uşağın təcili əməliyat olunmasını dedi. Razılaşdıq. O uşaqda əmələ gələn problemin həmin əməliyyatla aradan qaldırılacağına zəmanət vermişdi. Amma əməliyyatın başqa xəstəxanada mümkünlüyünü də qeyd elədi. O bizə özünün də ikinci iş yeri kimi işlədiyi "Medi STYLE Hospital"ını məsləhət gördü. Biz də razılaşıb həmin həkimə etibar elədik. Xəstəxanada əməliyyat üçün tələb olunan məbləği də bankdan kredit götürüb ödədim. Ümumilikdə, 2500 anat ödəniş etmişəm. Ancaq əməliyyat heç bir nəticə vermədi və uşaq öldü. Bu barədə bir neçə orqana müraciət məktubu yazmışam. Amma heç bir nəticə əldə edə bilmirəm."
Şikayətçi tərəf hazırda sözügedən həkim barədə araşdırma başlanmasını və klinikaya ödənən pulun geri qaytarılmasını tələb etsə də, onun bu tələblərinə cavab gəlmədiyini deyir.
Cebhe.info





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...