XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Yasamalın dərdinə dastan bağlanır... - ŞİKAYƏT

Yasamalın dərdinə dastan bağlanır... - ŞİKAYƏT

Yasamalın dərdinə dastan bağlanır... - ŞİKAYƏT
20-09-2017, 09:41

«Bizə kömək edin. Gecəylə gətirib binanın ətrafına ağır texnikalar yığdılar. Dedilər, «binadan çıxsanız da, çıxmasanız da, bir-iki günə bina söküləcək»». Bunu Şərifzadə küçəsindəki 162 saylı binanın sakini Göyçək Əzizova deyir.
Sentyabrın 18-dən 19-na keçən gecə binanın ətrafına buldozerlər və traktorlar gətirilib. Bu vəziyyət sakinlərin təşvişini birə-beş artırıb. Beş aya yaxındır ki, hökumət nümayəndələri bu binadakı sakinlərə söküntü xəbəri veriblər. Lakin sakinlər binanın qəzalı olmadığını israrla bildirirlər. Bir müddət əvvəl «Qismət-M Construction» şirkəti binanı hasara almışdı. Sakinlərin etirazından sonra hasar yığışdırılsa da, söküntü qərarı qüvvəsində qalıb.
Sakinlərin sözlərinə görə, Yasamal rayonunda söküntü layihəsinə cəmi 18 qəzalı bina salınıb. Ancaq görünən odur ki, məmurlar qəzalı binaları kənara qoyub, onlara daha çox pul qazanmaq imkanı yaradan ərazilərdəki möhkəm binaları sökmək fikrinə düşüblər. 162 saylı binanın sakinləri bildirirlər ki, məhz bu bina möhkəmdir və sökülməsinə ehtiyac yoxdur.
Bina sakini Rahib Məmmədov: «Bu beşmərtəbəli daş binalar heç vaxt təmir olunmasa da, istinad divarları çox möhkəmdir. Bizim binanın adı heç vaxt qəzalı binaların siyahısında olmayıb. Qəfil o siyahıya necə düşdü, bilmirik. Binaların həyətində 300-dən çox ağac, gül kolları var. Biz bu gözəllikləri illərlə çalışaraq yaratmışıq. İndi traktorları, buldozerləri gətiriblər ki, «çıxın, yoxsa zorla çıxaracağıq». Özü də gündüzlər binaya yaxın düşə bilmirlər deyə, işlərini gecəylə görürlər. Gecə hamı həyətə tökülmüşdü, texnikaları həyətə buraxmırdıq. Dedilər, «bir-iki gün də gözləyin, evlərinizdən də polis gücüylə çıxarılacaqsız». Bunlar nə hədələrdir? Biz mülkiyyətçiyik, öz evimizdə oturmuşuq və evimizin içində bizi hədələyirlər».

DİA.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.