“Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları FOTOLARDA
- 19-09-2017, 15:08
- 61 495
Müğənninin sözlərinə görə, həkim ona onkoloji xəstə olduğunu deyib.
Müğənni bildirib ki, ölkə xaricində, İsrail və Türkiyədə verilən analizlərin nəticələri onda heç bir onkoloji xəstəliyin olmadığını göstərib.
Həkim Elman Əzimovun vəkili Elvin Səlimovun sözlərinə görə isə, kiməsə onkoloji xəstə diaqnozu qoymaq hansısa özəl xəstəxanada çalışan həkimin səlahiyyətində deyil. Bir sıra iddialara cavab verən Elvin Səlimov bu gün böyük müzakirələrə səbəb olan anlizlərin fotovariantını redaksiyamıza təqdim edib. Azərbaycanın tanınmış müğənnisinə Milli Onkologiya Mərkəzi tərəfindən belə bir diaqnoz qoyulub.
Bir daha qeyd edək ki, İsrail və Türkiyədə, yaxın müddətdə hər iki ölkədə verilən analizlər müğənnidə belə bir xəstəliyin olmadığını aşkarlayıb.
Cebhe.info