XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Abid Şərifovdan Bakı əhalisinə şad xəbər

Abid Şərifovdan Bakı əhalisinə şad xəbər

Abid Şərifovdan Bakı əhalisinə şad xəbər
19-09-2017, 12:35

"Bakının kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər gedir və bir ay ərzində bitməlidir".

Bunu baş nazirin müavini Abid Şərifov deyib. O bildirib ki, bu işlərin yekunlaşması üçün prezident İlham Əliyev tərəfindən "Azərsu"ya 12 milyon manat vəsait ayrılıb.

A. Şərifov qeyd edib ki, 9 layihə konkret təhlil olunub, aidiyyəti qurumlarla razılaşdırılıb: "İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda, yağışda, qarda əzab-əziyyət çəkməsin".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.