SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 250 milyonu ələ keçirən vəkil Azərbaycana qaçdı (FOTO)

250 milyonu ələ keçirən vəkil Azərbaycana qaçdı (FOTO)

Tarix:

17-09-2017, 18:28

/ 51 426 dəfə oxundu.
250 milyonu ələ keçirən vəkil Azərbaycana qaçdı (FOTO)

Türkiyədə 150 nəfəri aldadan və 250 milyon lirəni (bu günkü məzənnə ilə 123 milyon 725 min manat) dələduzluq yolu ilə ələ keçirən vəkil Burak Yankın Azərbaycana qaçıb.

Bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Konya Vəkillər Kollegiyasının üzvü olmuş, haqqındakı ittihamlardan sonra kollegiyadan kənarlaşdırılmış Burak Yankın dövlət tenderlərindən ucuz avtomobil almaq vədi ilə 150 nəfəri aldadaraq 250 milyon lirəni ələ keçirib. Onunla yanaşı, nişanlısı, iki qardaşı və daha 5 nəfər dələduzluqda ittiham olunur.
Konya Ağır Cinayətlər Məhkəməsində "dələduzluq" maddəsi ilə cinayət işi açılıb. Burak Yankın və digər cinayət ortaqlarını 28 ilədək həbs cəzası gözləyir.
Konya Ağır Cinayətlər Məhkəməsi cinayət işini İstanbul Bakırköy Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən zərərçəkənlərdən biri - İlkay Y. bildirib ki, Burak Yankın həbs qoyulmuş maşınların hərracından ucuz qiymətə avtomobil alaraq özünə cüzi gəlir götürməklə onlara satacağını deyib.
Başqa bir zərərçəkən Veysi Z. isə deyib ki, sonradan dələduz vəkilin maşınları icarə şirkətlərindən götürərək onlara verdiyini öyrəniblər.
Qohumlarından və dostlarından topladığı 5 milyon 500 min lirəni (2 milyon 721 min 950 manat) Burak Yankına verən Mehmet A. isə "Həyatım məhv oldu. Aldığım təhdidlərin sayı-hesabı yoxdur. Uşaqlarımla təhdid edirlər" deyib

Burak Yankın barəsində məhkəmədə ümumilikdə 62 iddia qaldırılıb.
250 milyonu ələ keçirən vəkil Azərbaycana qaçdı (FOTO)
250 milyonu ələ keçirən vəkil Azərbaycana qaçdı (FOTO)

Şərhlər

XƏBƏR LENTİ