SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır

Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır

Tarix:

16-09-2017, 13:45

/ 81 958 dəfə oxundu.
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır

Tovuz rayonu, Qovlar şəhər 3 saylı məktəbi uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə adı çəkilən məktəbin direktoru Nüsrət Nəsirli məlumat verib.
Direktor ünvanladığı məktubda, məktəbdə hər an bədbəxt hadisə baş verəcəyini bildirib:
“Həmin məktəbə bir ildir ki, direktor təyin olunmuşam. Mən məsuliyyətimi dərk edərək məktəb haqqında məlumatları nəzərinizə çatdırıram. Gələcəkdə baş verəcək hər hansı hadisəyə görə mən məsuliyyət daşımıram. Məktəbin belə vəziyyəti haqqında Təhsil Nazirliyinə, Tovuz rayon Təhsil Şöbəsinə və digər lazımi orqanlara dəfələrlə məlumat vermişəm”.
Məktəb direktoru bildirib ki, bina qəzalı vəziyyətdədir, "bir kubikin" üstündə dayanır, kiçik bir yeraltı təkan orda faciə törədə bilər.
“Keçən il,oktyabrın 20-də V sinfin sinif otağında, dərs zamanı gürzə ilanını özüm şəxsən öldürmüşəm. Bir uşağı ilan çalsa, bunun məsuliyyəti kimdə olacaq? Bina 1971-ci ildə tikilib, bir pəncərə şüşəsi, bir metr elektrik naqili normal deyil. Bütün naqillərin üzəri açıqdır, bir şagirdi, müəllimi, texniki işçini elektrik vursa, bunun məsuliyyəti kimin üzərində qalacaq? Bundan başqa, məktəb binasında 4-5 ailə məktəbin otaqlarını zəbt edib. Binada istilik sistemi olmadığına görə, onlar odun sobalarından istifadə edirlər və sobaların tüstü boruları birbaşa binanın damına çıxır. Adi bir qığılcım binada gec-tez yanğına səbəb ola bilər. Buna kim məsuliyyət daşıyacaq? Eyni zamanda, məktəb binasını zəbt etmiş ailələr, məktəbin həyətində ev quşları saxlayırlar və məktəb həyətində quş hinləri tikiblər, dəfələrlə deməyimə baxmayaraq, həmin vətəndaşlar, nə məktəb binasını tərk edirlər, nə də hinlərini sökürlər. Quş və heyvan səsləri dərs proseslərinə ciddi mane törədir. Məktəbin ərazisində nə hasar, nə də qoruyucu dəmir tor var, kənd vətəndaşlarının mal-qarası, ev quşları, qoyun-quzusu birbaşa məktəbin həyətində və ərazisində yemlənir”, - deyə direktor bildirib.
Nüsrət Nəsirli məqsədinin həm də gələcək faciələrdən özünü sığortalamaq olduğunu deyib:
“Bu məktublar internetdə daimi qalacaq və istənilən an mənim deməyə sözüm var ki, mən vaxtında bu fəlakətlər haqqında məlumatımı vermişəm”.
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır
Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: - Bu məktəb "bir kubikin" üzərində dayanır

Şərhlər

XƏBƏR LENTİ