XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » `Coca-Cola` İsrailin Fələstini işğalına dəstək verdiyi üçün BMT-nin qara siyahısına salınıb

`Coca-Cola` İsrailin Fələstini işğalına dəstək verdiyi üçün BMT-nin qara siyahısına salınıb

`Coca-Cola` İsrailin Fələstini işğalına dəstək verdiyi üçün BMT-nin qara siyahısına salınıb
15-09-2017, 17:32

BMT İnsan Haqlarının qanunsuz yəhudi yaşayış məskənlərinə dəstək verən firmaları ehtiva edən qara bir siyahı yayımlamaq üzrə olduğu qeyd edilib

BMT İnsan Haqları Şurasının hazırladığı siyahıda işğal altındakı Fələstində qeyri-qanuni yəhudi məskunlaşma bölgələrinə dəstək verən firmaların yer aldığı bildirilib.
Sionist İsrailin "Channel 2" televiziyasına görə həmin qara siyahıda "Coca Cola", "TripAdvisor" və Caterpillar" kimi şirkətlər var.

ABŞ-ın BMT nümayəndəsi Nikki Heley iyun ayında siyahını BMT İnsan Haqları Şurasının utancverici hadisələrindən biri kimi xarakterizə etmiş və şurada islahata gedilməsə çıxacaqlarını demişdi.

"Qüds Xəbər Agentliyi"nin bildirdiyinə görə, sözügedən siyahı qısa bir müddət əvvəl Sionist Xarici İşlər Nazirliyinə çatıb. Nazir Tzipi Hotoveli BMT-nin odla oynadığını iddia edib və BMT-yə ayrılan büdcəni kəsməklə hədələyib. BMT-dəki dırnaqarası "Anti-İsrail" qərəzi qırmaq üçün ABŞ ilə birlikdə çalışdıqlarını ifadə edib.

Digər tərəfdən, BMT İnsan Haqları Şurasının sədri Zeyd Raad əl-Hüseynin ABŞ və İsrailin qarşı çıxmasına baxmayaraq siyahını yayımlamaq istədiyi bildirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.