XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Bacımı ağ kəfənin içinə uzatdı, üstünə də..." - Məhkəmədə ŞOK İFADƏLƏR

"Bacımı ağ kəfənin içinə uzatdı, üstünə də..." - Məhkəmədə ŞOK İFADƏLƏR

"Bacımı ağ kəfənin içinə uzatdı, üstünə də..." - Məhkəmədə ŞOK İFADƏLƏR
15-09-2017, 12:22

İş adamı Barat Abdullayevin şikayəti əsasında barəsində cinayət içi açılan arvadı Təyminə Abdullayevaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən Vəlican Rəcəbov deyib ki, Səkinə İsmayılovanı ekstrasens kimi tanıyıb: "Nişanlımla ayrılmışdım. Şəlalə adlı rəfiqəmin sözü ilə Səkinənin yanına getdik. Səkinə məni aldadıb nişanlımla barışdıracağını dedi. Buna görə 1500 manat pul vermişəm".

Şahid onu da bildirib ki, asma xəstəliyindən əziyyət çəkir: "Xəstəliyinin müalicəsi üçün də Səkinəyə müraciət etdim. O da şam yandırırdı, guya müalicəni belə edirdi. Amma sonradan bildim ki, məni aldadırlar".

Şahid Təyminə Abdullayevanın Səkinə İsmayılova tərəfindən aldadılaraq pulunun alınmasına da münasibət bildirib. O, suallara cavabında deyib ki, S.İsmayılova T.Abdullayevadan 10 min dollar alıb.

Digər şahid isə zərərçəkən Təyminə Abdullayevanın bacısı Rəna Abdullayeva ifadə verib.

O bildirib ki, Təyminə bir gün ona zəng edərək falçıdan danışıb: "Mənə dedi ki, Səkinə adlı bir falçının yanına gedib. Səkinə də deyib ki, hamınıza cadu ediblər, öləcəksiniz. Bacım da buna inanıb. Təyminə də uşağı da götürüb bunun yanına aparıb. Orda Səkinə şam yandırırdı, üstlərinə əl çəkirdi. Alma, qırmızı şam yandırıb başına fırladırdı. Yumurtanı oxuyub başına fırladırdı. Bacım Təyminəni necə hipnoz etmişdisə inanmışdı. Səkinənin evi bütün qara oboy idi. Evində yarasa da saxlayırdı. Bacımı yerdə ağ kəfənin içinə uzatdı. Sonra kəfənə bükdü, üstünə də bacımın şəkillərini qoydu. Dedi ki, bununla da ölümü sizin bədəninizdən çıxardıram. 20 min dollar istəmişdi. Amma Səkinə deyirdi ki, bu pul hələ azdır. Əlavə olaraq da qızıl istəmişdi. Bacım da buna inandı, hər şeyini verdi. Qızılları satdı, bankdan pul götürdü. Adam dəhşətə gəlir, belə şeymi olar? Bizim nəsildə heç kimin polislə, məhkəmə ilə, belə falçılarla işi olmazdı. Necə oldu bu iş başımıza gəldi bilmirəm".

Rəna Abdullayeva özünün də falçı Səkinəyə inanmasının səbəbini belə izah edib: "Bacımın oğlu 13 il sonra olmuşdu. Uzun müddət xəstəxanada yatıb. Elə mən də qorxub, ehtiyat etdim. Dedim tək uşaqdır, birdən nəsə olar. Yoxsa mən belə şeylərə inana deyiləm".

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.

Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək, ona 890 min manat məbləğində ziyan vurub.

Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.

Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Prokuror T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

T.Abdullayevanın işi davam edən ərəfədə Səkinə İsmayılova da həbs edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.