Bakıda qarşıdurma: «Azəravtoyol» qaçqınların binasını sökmək istəyir
Kövkəb Səfərəliyeva 25 ünvanında yaşayan sakinlərlə "Azəravtoyol" MMC-nin işçiləri arasında qarşıdurma yaranıb.
Bu barədə sözügedən ünvanda yaşayan Bakı sakini Emilbəy Kazımzadə məlumat verib. O, qurumun yaşayış evlərini sökmək istədiyini, lakin verilən kompansasiyanın sakinləri qane etmədiyini deyib:
"Söküntü işlərini "Azəravtoyol" həyata keçirir. Yaşadığımız ərazidə qaçqın və məcburi köçkünlər yerləşib. Binanın bütün mənzilləri sahəsi kiçik olan evlərdi və maksimum 16-18 min manat kompansasiya düşür. Təklif olunan bu pul da heç kimi qane etmir. Həyətdə xeyir-şər evi var idi. Oranın sahibi artıq müqavilə əsasında o yeri satıb və kompensasiyasını alıb. Hazırda əraziyə İcra Hakimiyyətinin, "Qaçqınkom"un nümayəndələri, bir də polis əməkdaşları gəliblər. İndi "Azəravtoyol" həmin ərazini sökmək istəyir. Sakinlər isə söküntü işləri aparılarkən binanın qəzalı vəziyyətə salınmasından qorxurlar. Ona görə də, belə bir vəziyyət yaranıb. Dediyim kimi verilən kompansasiya olduqca aşağıdır və bu pulla indiki zamanda heç bir yerdə mənzil almaq mümkün deyil".
Qaynarinfo.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək