XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabiq deputat reanimasiyaya yerləşdirildi

Sabiq deputat reanimasiyaya yerləşdirildi

Sabiq deputat reanimasiyaya yerləşdirildi
12-09-2017, 21:07

Sabiq deputat və icra başçısı İnqilab Nadirov reanimasiyaya yerləşdirilib.

Bu barədə İ. Nadirovun nəvəsi Əli Nadirli deyib.

Onun sözlərinə görə, babası böyrək çatışmazlığından əziyyət çəkir: “Babamın hazırkı vəziyyəti haqda həkimlər bizə məlumat vermir. Yanına buraxmırlar. Tək onu bilirik ki, reanimasiyaya yerləşdirilib. Ola bilsin, Türkiyəyə apardıq. Amma gərək əvvəl babamın səhhəti uzaq yola çıxmağa hazır olsun”.

Qeyd edək ki, şair, dramaturq, publisist, ictimai- siyasi xadim İnqilab Ədil oğlu Nadirov Azərbaycan Respublikası Ali Sovetinin üç çağırış (1980- 1995-ci illər), həmçinin, ilk Milli Məclisinin deputatı (1991-1995) olub. O, həmçinin 15 may 1994 - 27 avqust 1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsində işləyib.

O, iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor, Türk Dünyası Araştırmaları Uluslararası elmlər Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyalarının Akademiki, eləcə də Azərbaycan və Rusiya Yazıçılar ittifaqlarının üzvüdür.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.