Deputatın şirkətindən apteklərə ŞOK ZƏRBƏ! - "Artıq 1 həftədir ki..."
“Artıq 1 həftədir ki, ölkənin dərman təchizatında əsas monopolist şirkət olan “Avromed” respublikanın pərakəndə satışla məşğul olan aptek şəbəklərinə dərman təchizatını dayandırıb, əksər işçilərini müvəqqəti məzuniyyətə buraxıb”.
Bu barədə daxil olan məlumata görə, faktiki olaraq əksər apteklərdə ən adi və həyat əhəmiyyətli dərman preparatlarına ciddi ehtiyaclar yaranıb: “Avromed” şirkəti dərman preparatlarını Bakı və bölgələrdə olan anbarlarında saxlamaqla özündən asılı olan apteklərin fəaliyyətini iflic etməklə yanaşı, sabotaj yolunu tutur, bölgələrdə təchiz etdiyi apteklərlə “centlemen razılaşma”lara zidd olaraq aptek şəbəkləri yaratmaqla rəqabət qaydalarını pozur. Hazırda vətəndaşlar dərman qıtlığı ilə üz üzə qalıb, apteklərdə müxtəlif adlı dərmanlara yaranan ehtiyaclar hər gün artmaqda davam edir. “Avromed” şirkəti qeyri-rəsmi informasiyaya malikdir ki, Tarif Şurası dərman preparatlarının qiymətini 12% artıracaq. Bu səbəbdən anbarlarında olan malların uzərində əlavə 12% qazanmaq imkanını itirməməmk naminə əhalini çıxılmaz vəziyyətə salıb. Bu, nə qədər davam edəcək məlum deyil. Məlum olan isə odur ki, ölkədə, kiçik və orta sahibkarlığın inkişafına əsas əngəl olan qeyri-sağlam rəqabət mühiti, monopoliya qalmaqda davam edir, bir qrup oliqarx deputat və məmurlar azad bazar münasibətlərinin formalaşmasının qarşısını almaqla ölkəni uçuruma sürükləməkdədirlər”.
Qeyd edək ki, "Avromed" şirkətinin rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.
Məsələ ilə bağlı şirkətdən rəy almağa çalışacağıq.
AFN

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...