Məktəblərdə forma biznesi: - Ucuz alınıb, baha satılır
- 11-09-2017, 12:29
- 55 780
"Bakı Tikiş Evi"nin direktoru Etibar Əzimov saytımıza açıqlamasında bildirdi ki, tikiş evi məktəblərə forma vermir. Ümumiyyətlə, məktəblərin forma satmaq kimi bir səlahiyyəti yoxdur:
"Məktəblərdə formaların satışına biz nəzarət etmirik. Ümumiyyətlə, bizim elə bir səlahiyyətimiz yoxdur. Bizim şirkət tikiş evidir, burada məktəbli formaları ilə yanaşı, hərbi geyimlər də tikilir. Məktəbli formalarının satışını isə öz satış mərkəzlərimizdə həyata keçiririk. Qaldı ki, məktəblərdə formaların satılmasına, belə bir halın olması yolverilməzdir. Məktəblər təhsil ocağıdır, orada şagirdlərə elm, savad verilməlidir, forma satılmamalıdır. Əgər belə bir hal varsa, buna ancaq təəssüf edə bilərik".
E. Əzimov formaların qiymətinin standart olduğunu deyib: "Satış mərkəzlərimizdə formalar aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 46 manadır. Buna pencək, şalvar və ya ətək daxildir. Amma valideynlər əgər köynək və jilet almaq istəyirlərsə, onlar üçün artıq ayrıca ödəniş edəcəklər. Köynək və jiletlərin qiyməti isə ayrılıqda 8 manatdır".
PrimeTime.az