SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məktəblərdə forma biznesi: - Ucuz alınıb, baha satılır

Məktəblərdə forma biznesi: - Ucuz alınıb, baha satılır

Tarix:

11-09-2017, 12:29

/ 55 762 dəfə oxundu.
Məktəblərdə forma biznesi: - Ucuz alınıb, baha satılır

Məktəbli formalarının baha qiymətə satılması ilə bağlı şikayətlər səngimir. Belə ki, mağazalarla yanaşı artıq orta məktəblərin də forma biznesinə qoşulduğu bildirilir. Gəncədə fəaliyyət göstərən orta məktəblərdən biri valideynlərə formanı 71 manata satmağa çalışıb. Valideynlər baha olmasını bildirdikdə isə rəhbərlik formaların Türkiyədən alındığını əsas gətirib. Halbuki orta məktəblər üçün formaları "Bakı Tişik Evi" tikir. Bundan əlavə, Bakıda fəaliyyət göstərən bir neçə məktəbdə də oxşar halın olduğu bildirilir. Məktəblər valideynlərə formaları yalnız onlardan almalı olduqlarını söyləyirlər. Onların qiyməti isə 70-80 manat təşkil edir. Mağazalarda isə qiymətlər daha bahadır. 100-150 manat civarında formaların satıldığı yerlər var. Mövzunun aktuallığını nəzərə alıb, Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, bu məsələ Təhsil Nazirliyinin tabeliyində deyil.
"Bakı Tikiş Evi"nin direktoru Etibar Əzimov saytımıza açıqlamasında bildirdi ki, tikiş evi məktəblərə forma vermir. Ümumiyyətlə, məktəblərin forma satmaq kimi bir səlahiyyəti yoxdur:
"Məktəblərdə formaların satışına biz nəzarət etmirik. Ümumiyyətlə, bizim elə bir səlahiyyətimiz yoxdur. Bizim şirkət tikiş evidir, burada məktəbli formaları ilə yanaşı, hərbi geyimlər də tikilir. Məktəbli formalarının satışını isə öz satış mərkəzlərimizdə həyata keçiririk. Qaldı ki, məktəblərdə formaların satılmasına, belə bir halın olması yolverilməzdir. Məktəblər təhsil ocağıdır, orada şagirdlərə elm, savad verilməlidir, forma satılmamalıdır. Əgər belə bir hal varsa, buna ancaq təəssüf edə bilərik".
E. Əzimov formaların qiymətinin standart olduğunu deyib: "Satış mərkəzlərimizdə formalar aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 46 manadır. Buna pencək, şalvar və ya ətək daxildir. Amma valideynlər əgər köynək və jilet almaq istəyirlərsə, onlar üçün artıq ayrıca ödəniş edəcəklər. Köynək və jiletlərin qiyməti isə ayrılıqda 8 manatdır".

PrimeTime.az

Şərhlər

XƏBƏR LENTİ