SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ölkə bataqlıqda, hökumət 7 müsəlman dövlətin xərcini çəkir: “Nazir butiklərini satsın”

Ölkə bataqlıqda, hökumət 7 müsəlman dövlətin xərcini çəkir: “Nazir butiklərini satsın”

Tarix:

3-02-2017, 00:02

/ 2 224 dəfə oxundu.
Ölkə bataqlıqda, hökumət 7 müsəlman dövlətin xərcini çəkir: “Nazir butiklərini satsın”

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında 7 ölkənin gəlişi üçün maliyyə xərcləyə bilər. Ölkənin düşdüyü iqtisadi bataqlıq və yoxsulluq bir qırağa qalıb, hökumət 7 müsəlman ölkəsinin cəfasını çəkir.

Xəbərə görə, büdcədə kəsir və manatın devalvasiyasına baxmayaraq, işsizlik, ixtisarlar, bahalaşma hökumət üzvlərini narahat etmir. Onları Azərbaycana gəlməkdə maliyyə çətinliyi olan 7 ölkənin əlindən tutmaq maraqlandırır.

Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib ki, 57 islam ölkəsinin hamısı Bakıda yarışda iştirak etsin, bu rekordu da vuraq:

“Artıq 50 ölkədən tam təsdiq cavabı almışıq və onlar yarışlarda iştirak edəcəklər. Qalan 7 ölkə bəzi səbəblərə görə hələ ki gələ bilmirlər, maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu oyunlara cəlb edək”.

Nazirin vurmaq istədiyi rekord o dərəcədə banal və adidir ki, bunun dünya arenasında və xalqın iqtisadi inkişafında hər hansı rolunu düşünmək belə mümkün deyil.

A.Rəhimov rekord vurmaq arzusundadırsa, buna işsiz gənclərlə, evsiz gənclərlə maraqlanmaqla nail ola bilər. Gənclər və İdman Nazirliyi gənclərin taleyi, onların qayğıları, sosial problemləri ilə yaxından maraqlanmaq əvəzinə, başqa rekordlar arxasınca qaçır.

Xəbərə görə, kimsə Azərbaycanda beynəlxalq yarışlaa keçirilməsinin əleyhinə deyil. Sadəcə, Avropa və qonşu ölkələrdə, Gürcüstanı misal çəkərək qeyd etmək olar ki, ölkələr və xalqlar turist axınından, yarışlardan gəlir əldə edir, heç bir kasıb dövlətin xərcini çəkmir.

Azərbaycan isə Avropa Oyunlarından sonra eyni mərhəməti müsəlman ölkələri üçün göstərir. Onların gəlmək imkanı yoxdursa, bunun məsuliyyəti üzərimizdə deyil.

Nazirlik təhsil haqqını ödəyə bilməyən tələbələrlə, qəbul imtahanının pullu edilməsi ilə maraqlanmayıb, gənclərin evsiz-eşiksiz yaşamağını araşdırmayıb. Bu gün minlərlə gənc işsizdir, karyera qura bilməyib, hörmətli nazir hansı köməyini göstərib?

Ölkədə elə gün yoxdur ki, ərzaq məhsulları bahalaşmasın, iş yerləri bağlanmasın, ixtisarlar xəbəri gəlməsin. Yaxşı olar ki, nazir butiklərini satıb 7 ölkənin xərcini çəksin.

Ölkə can hayında, gənclər və idman naziri isə “piy” axtarır. Söhbət Azad Rəhimovun öz butiklərinin taleyini düşünməsindən gedir. Azərbaycanın ticarət sektoru çökür, sahibkarlar qan ağlayır, nazir isə öz fəaliyyəti ilə məşğul olmaq əvəzinə biznesini düşünür.

“İtaldizain Group”a məxsus 21 salon və butik ciddi maliyyə çətinliklərlə üzləşib. Buna səbəb dünyanın bir sıra məşhur brendlərinin satışını həyata keçirən bu obyektlərin ciddi müştəri qıtlığı ilə üzləşməsidir.

Şərhlər

XƏBƏR LENTİ