SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Mərkəzdə məşqlərə icazə verilmir" - ŞİKAYƏT

"Mərkəzdə məşqlərə icazə verilmir" - ŞİKAYƏT

Tarix:

8-09-2017, 17:19

/ 107 441 dəfə oxundu.
"Mərkəzdə məşqlərə icazə verilmir" - ŞİKAYƏT

«Məni oradan çıxardılar ki, sənə görə işıqpulu ödəyirik, əlavə xərcdir, filan... Halbuki, mən ora gələn nə qədər əlilə peşə öyrədirdim».Bunu bu yaxınlarda 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən çıxarılmış 1-ci qrup əlil, əlil arabasına təhkim olunmuş Asif Qasımov deyir.

A.Qasımov düşünür ki, ölkədə fitri istedadı və əl qabiliyyəti olan yüzlərlə əlil var ki, onların bu qabiliyyətlərini üzə çıxarmaları və başqa əlillərə ötürmələrinə şərait yoxdur. Şəraiti olan yerlər də bu əlillərin qarşısına min bir bəhanə qoyaraq onları uzaqlaşdırır.

A.Qasımovun 39 yaşı var. 2011-ci ildə yıxılaraq əlilə çevrilib. 2014-cü ildə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin ilk məzunlarından biridir. Milli Paralimpiya Komitəsinin üzvüdür. Mərkəzdə həm rəssamlıq, həm oymaçılıq kursları keçib. Mərkəzin emalatxanasında həm işləyir, həm də başqa əngəllilərə bu sənəti öyrədirmiş: «Mən orda kurslar keçirdim. Kursların müddəti 7 ay idi, hər dəfə bu müddət başa çatandan 3 ay sonra Komitənin məktubu ilə yenidən ora gedirdim. Həm də idman məşqləri edirdik. Ötən ilin dekabrında növbəti dəfə müddət bitdi. Ancaq bu dəfə bildirdilər ki, Mərkəz ora gələn əlillərin peşəyə yiyələnmələrinə və yüngül müalicə kursları keçməsinə görədir. Paralimpiya Komitəsinin nəzdində deyil, buna görə də artıq Mərkəzdə məşqlərə icazə verilmir. Halbuki, orada hazırda da başqa idman növləri üzrə məşqlər davam edir».

A.Qasımova Mərkəzdə peşəsiylə məşğul olmağa da icazə verilməyib. Onun deməsinə görə, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə müraciət edən əlillərə həm də yaş məhdudiyyətini əsas gətirərək imtina cavabı verirlər. Üstəlik də, Mərkəz rəhbərliyi əlilə emalatxananın işıq sərfiyyatına görə ödənişləri edə bilmədiyini deyib.

Şərhlər

XƏBƏR LENTİ