Həyətindəki 8 ceyranı könüllü olaraq nazirliyə verdi
Fevralın 1-də Daxili İşlər Nazirliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Mərdəkan sakini Hüseynov Təvəkkül Mədət oğlunun ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq ETSN-yə təhvil vermək istəməsi barədə məlumat daxil olub.
ETSN-nin mətbuat xidmətindən bildirilib ki, məlumat əsasında Nazirliyin əməkdaşları dərhal həmin şəxsin evinə gedərək 8 baş ceyranı təhvil alıb.
Ceyranlar Şirvan Milli Parkına göndərilib və parkda onların bir neçə gün volyerdə saxlanılaraq adaptasiya dövrü keçməsi, həkim müayinəsinə cəlb olunması təşkil edilib. Ceyranların yalnız bu prosedurlardan sonra vəhşi təbiətə buraxılması məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, Mərdəkan qəsəbə sakini T. Hüseynov 2007-ci ildə ona hədiyyə olunmuş 2 baş üç aylıq ceyran balalarına həyətyanı sahəsində qulluq edib, 10 il ərzində təbii yolla çoxalmasına nail olub.
Hazırda Şirvan Milli Parkında adaptasiya keçən ceyranların tarixən yaşadığı areallardan olan Ağgöl Milli Parkının ərazisinə buraxılması həyata keçiriləcək.
ETSN vətəndaşlardan vəhşi heyvanların qanunsuz saxlanılması ilə bağlı faktlarla rastlaşdıqda onların vəhşi təbiətə buraxılması üçün Nazirliyin 168 nömrəli qaynar xəttinə müraciət etmələrini xahiş edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...