Azərbaycanda kütləvi xəbərdarlıq mesajları yayıldı - Təşviş
Ötən gün axşam saatlarında bir çox abunəçilərin mobil telefonlarına, sosial şəbəkə ünvanlarına planetdə yüksək radiasiya olacağı ilə bağlı xəbərdarlıq mesajı göndərilib.
Mesajda qeyd olunur ki, radiasiya ilə əlaqədar kosmik şüalar Yer planetinə yaxınlaşacaq. Buna görə də abunəçilər mobil telefonları söndürməlidir. Əks halda, şüalar insan orqanizminə ciddi zərər vura bilər.
“Qafqazinfo” məsələni araşdırmaq üçün Radiasiya Problemləri İnstitutu ilə əlaqə saxlayıb. İnstitun elmi katibi Musa Nuriyev bildirib ki, bir neçə gün əvvəl Günəşdə maqnit qasırğasının olacağı ilə bağlı məlumat yayılmışdı: “Bu qasırğa artıq iki gün əvvəl baş verib. İndi də onun gücü yavaşlaya-yavaşlaya gedir.
Ancaq fon yüksəlməsi bizim bildiyimiz radiasiya deyil. Bu Günəş radiasiyasıdır. Maqnit qasırğası həkimlərin də dediyi kimi ürəyində problemlər olan insanların səhhətinə müəyyən qədər təsir edə bilər.
Bunun üçün mobil telefonları söndürməyə ehtiyac yoxdur. İnsanlar narahat olmasın. Əgər ciddi məsələ olsaydı, başqa qurumlar buna qoşulardı. Belə şeylərdən qorxmaq lazım deyil. Bunlar dedi-qodu şəklində yayılan söz-söhbətlərdir”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...