Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bu gün Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Mayın 14-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:30-dan 13:00-dək Dilarə Əliyeva, Puşkin küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan verilən məlumata görə, eyni zamanda mayın 14-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 15:00-dək Şüvəlan qəsəbəsi Gülçülük sovxozu yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Sumqayıt Elektrik Şəbəkəsinə (EŞ) daxil olan yüksək gərginlikli hava xətlərində təmir işi aparılacaq. Beləliklə, saat 11:00-dan 14:00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağları yaşayış massivi və Stansiya Sumqayıt ərazisinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Məlumatda qeyd olunur ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...