Keçmiş telekanal rəhbərinin oğlunun ölüm səbəbi bəlli oldu
Bir neçə gün öncə Zaqatalanın Katex çayında batan 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin ölüm səbəbi bəlli olub.
Məlumata görə, gənc fotoqraf olan Ə.Nuriyev şəlalə adlanan ərazidə model xanımlardan birinin fotosessiyasını etmək qərarına gəlib. Adı məlum olmayan sözügedən modelin şəkillərini çəkən gənc oğlan daha sonra üzmək üçün suya girib. Bu zaman o suyun təzyiqindən qızın gözlərinin önündə boğulub.
Məlumata görə, xanım model heç kimdən kömək ala bilmədiyi üçün bir gecə meşədə gecəməli olub. Bir gün sonra isə artıq bütün xilasedicilər hadisə yerinə gəliblər. Onlar mərhumun nəşini sudan çıxartmaq üçün bir neçə dəfə suya daxil olsalar da, bu cəhdləri alınmayıb. Suyun təzyiqindən bir neçə saat sonra meyiti quruya çıxartmaq mümkün olub.
Hadisədən sonra dövlət qoruğu hesab olunan şəlalə vətəndaşların ziyarətinə qapadılıb. Artıq bir neçə gündür ki, əraziyə heç kim buraxılmır.
Qeyd edək ki, Ədilxan Nuriyev fəaliyyəti dayandırılmış "Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...