Qurban bayramı ilə əlaqədar sahibkarlara XƏBƏRDARLIQ
Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə əlaqədar sahibkarlara müraciət edib.
Nazirlikdən verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi sahibkarları yalnız nazirliyin Bakı şəhərinin yarmarkalarının tabeliyində olan təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu heyvanların satışına dəvət edir.
“Kənd Təsərrüfatı Nazirliyi sahibkarların nəzərinə çatdırır ki, Bakı şəhərinin 4 ünvanında (Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının yanı, Xətai rayonu, “Nargilə” kafesinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi, “İdeal” şadlıq sarayının həyəti, Səbail rayonu Seymur Məmmədov küçəsi 8, parkın yanı) təşkil olunmuş Qurbanlıq heyvanların satış-yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı, həmin ərazilərdə, eyni zamanda, Bakı şəhəri və Bakıətrafı qəsəbələrin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb. Sahibkarları Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət edirik”, - məlumatda qeyd olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...