“Space”in üzərində “qara buludlar” dolanır - TELEKANAL RƏHBƏRLİYİ 4 AYA YAXINDIR Kİ, ƏMƏKDAŞLARINA PUL VERƏ BİLMİR
“Space” telekanalının üzərində “qara buludlar” dolanır. Maliyyə böhranı yaşayan telekanalda “yarpaq tökümü” başlayıb.
Əldə etdiyimiz məlumata görə, “Space”nin xeyli sayda əməkdaşı telekanalı tərk etməyə qərar verib.
Bildiyiniz kimi, Afət Telmanqızı, Azadə Balayevanın ardınca xeyli sayda telekanal əməkdaşı “Space”ni tərk etmək qərarına gəlib. Əsas problem də telekanalın üzləşdiyi maliyyə böhranı ilə bağlıdır. Artıq telekanal rəhbərliyi 4 aya yaxındır ki, əməkdaşların pulunu verə bilmir.
Düzdür, adıçəkilən telekanal uzun müddətdir maliyyə sıxıntıları yaşamaqdadır. Amma son 6-7 ayda bu, pik həddə çatıb. Odur ki, telekanalda çalışan əməkdaşlar üçün ağır olsa da, iş yerləri ilə vidalaşmaq qərarına gəliblər. Çünki vəziyyətin nə zaman düzələcəyi ilə bağlı ümidləri çox azdır. Odur ki, onlar yeni iş axtarışına çıxıblar.
İşdən ayrılmaq istəyənlər ilk olaraq məzuniyyətə çıxaraq öz SV-lərini digər media qurumlarına təqdim ediblər. İstər SV-i təqdim edən, istərsə də etməyənlər aktiv formada yeni iş axtarışındadırlar. Onlar arasında media aləmində yetərincə tanınan isimlər də var.
Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək