SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gömrükçülər Qarabağ qazisinin pasportunun vərəqini kəsiblər - FOTOLAR

Gömrükçülər Qarabağ qazisinin pasportunun vərəqini kəsiblər - FOTOLAR

Tarix:

30-08-2017, 16:23

/ 159 937 dəfə oxundu.
Gömrükçülər Qarabağ qazisinin pasportunun vərəqini kəsiblər - FOTOLAR

Azərbaycan-Gürcüstan (Qırmızı körpü) keçid məntəqəsində Ə.Orucovun xarici pasportunun vərəqi gömrük işçiləri tərəfindən qayçı ilə kəsilib. Bunu sayta Qarabağ qazisi özü deyib: “Şəxsi avtomobilimlə Gürcüstandan Azərbaycana qayıdırdım. Avtomobilimin sıradan çıxmaq üzrə olan “radiator”unu dəyişmək üçün Tiflisdən bir ədəd işlənmiş “radiator” almışdım. Gömrükçülər dedilər ki, bunu aparmaq olmaz. Mən də sual verdim ki, niyə olmaz? Səfərə getmişəm, qayıdanda isə öz avtomobilim üçün işlənmiş, köhnə bir detal almışam. Niyə olmaz? Mübahisəyə sərhədçilər də qoşuldu. Avtomobilimin ön və arxa şüşələrinə də əlil olduğumu bildirən nişan yapışdırmışam. Qarabağ əlili olduğumu, avtomobilimdə bu köhnə “radiator”dan başqa bir şey olmadığını desəm də, məndən əl çəkmədilər. Mübahisə vaxtı gömrük işçisi yenidən məndən pasportumu istədi, mən də verdim. Xidməti otağın gedib, geri qayıtdı, pasportumu özümə verib dedi ki, “gedə bilərsən!”. Açıb baxıram ki, pasportumun bir vərəqini kəsib. Dedim, pasportumun vərəqini niyə kəsdin?! Boynuna almadı! Dedim ayıb deyilmi, utanmırsınızmı, niyə belə qanunsuzluq edirsiniz?!”

Ə.Orucov bizimlə söhbətində bildirdi ki, gömrükçülərə rüşvət vermədiyi üçün ondan heyf çıxmaq məqsədi ilə pasportunun vərəqini kəsiblər. Ümumiyyətlə, keçid məntəqəsində Qarabağ əlillərinə qarşı çox böyük kobudluq edildiyini də dedi.

Xatırladaq ki, sözü gedən keçid məntəqəsində dəfələrlə Qarabağ əlillərinə qarşı hörmətsizlik edilib.
Gömrükçülər Qarabağ qazisinin pasportunun vərəqini kəsiblər - FOTOLAR
Gömrükçülər Qarabağ qazisinin pasportunun vərəqini kəsiblər - FOTOLAR
Gömrükçülər Qarabağ qazisinin pasportunun vərəqini kəsiblər - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ