XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıt Bulvarı, Fəzail Hüseynovun sözü... və müflis olan 11 sahibkar

Sumqayıt Bulvarı, Fəzail Hüseynovun sözü... və müflis olan 11 sahibkar

Sumqayıt Bulvarı, Fəzail Hüseynovun sözü... və müflis olan 11 sahibkar
29-08-2017, 11:54

Sumqayıt Dənizkənarı Bulvarına və şəhərin abalaşdırılmasına ayrılan 49 milyon manat hara xərclənib?
Sümqayıt Dənizkənarı Bulvarında tikinti işləri aparan və gördükləri işlərin müqabilində pullarını ala bilməyən, bu üzdəndə müflis olan bir qrup sahibkar müraciət edib. Redaksiymıza iəşrif gətirən 11 sahibkar doğurdan müşkül duruma düşüblər və özlərinin də dedikləri kimi, açıq şəkildə məmur dələduzluğu ilə üzləşiblər. Sahibkarlar bildirir ki, Sumqpyıt İcra Hakimiyyətinin onlara 1.740. 000 manat borcu var və onlar bu pulları bir ilə yaxındır ki, ala bilmirlər.

“Bizi adam yerinə qoyan yoxdur”

Sahibkarlar bildirir ki, onlar bir ildir ki, qapı-qapı düşüb pullarını tələb edirlər. Prokrorluqdan tutmuş Prezident Adminstrasiyasına qədər bütün insatansiyalara dəfələrlə müraciət etsələr də, onların dərdinə çarə edən yoxdur. “Biz bu bir ilə yaxın müddətdə elə bir dövlət orqanı olmayıb ki, ora müraciət etməyək. Bütün qurumlar bizi Sumqayıt şəhər İcra Hakimiyyətinə yönləndirilər. Halbuki bizim şikayətimiz məhz Sumqayıt şəhər İcra Hakimiyyətindən, konkret olaraq icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynovdandır. Şikayət etdiymiz bütün qurumlar isə bizi yenə də Fəzail Hüseynovun üstünə yollaır. O isə bizi adam yerinə qoymur. Ümumiyətlə gecə-gündüz zəhmət çəkib Sumqayıt Dənizkənarı Bulvarını öz pulumuzla tikməyimizə və indi də halal pulumuzu istəməyimizə baxmayaraq, heç yerdə bizi adam yerinə qoyan yoxdur. Gah bizi qapıda gözlədirlər, gah da şərləyib həbs etdirilər. Halbuki Fəzail Hüseynov bizə bildirmişdi ki, bulvar təhvil verilən kimi, biz pullarımızı qəpiyinə qədər alacağıq. Lakin gecəmizi gündüzə qatıb bulvarı tikib təhvil verdikdən sonra, biz pullarımızı ala bilmədik. İnd idə hər gün bir qapıda bonyumuzu büküb dururuq. Lakin bizi heç kim adam yerinə qoymur”, deyə sahibkarlardan biri, Aydın Abdullayev deyir.
Müsahim bildirir ki, bir neçə ay əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynov onu kabinetindəcə şərləyərək həbs etdirib: “Güya mən ona hücum etmişəm. Halbuki, halal pulumu istəyirdim. Heç səsimi də qaldırmamışdım. Fəzail Hüseynovun bir zəngi ilə polis məni onun kabinetində həbs etdi. Mənim haqqımda vəzifəli şəxsi təhir elmək adıyla cinayət işi açıldı. Lakin sonradan məsələninin böyüyəcəyindən çəkinib məni sərbəst buraxdılar. Sərbəst buraxmalanının tək səbəbi isə digər iş adamlarının məsələ ilə bağlı mətbuata müraciət etmək fikirlərini səsləndirmələri oldu. Bundan sonra məni sərbəst buraxdılar. O hadisədən sonra biz Fəzail Hüseynovla görüşməkdən belə çəkinirik. Çünki hər an bizi şərləyib həbs etdirə bilər”.

“Sizin ağırlığınızda qızılım var…”

Bu yerdə söhbətə digər sahibkar, Bəxtiyar Ənnayğıyev qoşulur: “Aydını tutuandan sonra mən yenidən Fəzail Hüseynovun qəbuluna girdim. Tələb elədim ki, Aydını buraxsınlar. Fəzail Hüseynov isə üstümə qışqırdı ki, “Mənim sizin ağırlığınızda qızılım var. İstəsəm hamınızı həbs elətdirərəm. Nə qədər ki, içəri girməmisiniz rədd olun qapımdan. Mənim sizə verəcək pulum yoxdu”. Onda məndə dedim ki, biz burdan gedib mətbuata müraciət edəcəyik. Mətbuat konfrası keçirib Aydının necə həbs olunduğunu hamıya deyəcəyik. Bundan sonra Fəzail Hüseynov geri addım atdı. Biz polisn qabacına yığıldıq və bir müddətdən sonra Aydını buraxdılar. Amma dedilər ki, bir daha Fəzail Hüseynovu narahat etməyək”.

“Yaxın zamanda icra başçısı olacam, onda pulunuzu qaytararam”.

Bir başqa sahibkar, Rəşad Abbasov isə deyir ki, Fəzail Hüseynov onların pulunu verməmək üçün hər dəfə bir səbəb gətirir. “Əvvəllər fəhlələr bizimlə birlikdə idi. Ona görə də çəkinirdi. Prezident Adminstrasiyasının qarşısında aksiya keçirdikdən sonra fəhlələri çağırıb onların pulunu verdi. Bizi fəhlələrdən ayırandan sonra bizimlə oynamağa başladı. Hər gün bir söz deyirdi. Bir dəfə də məni çağırıb dedi ki, yaxın vatlarda böyük rayonlardan birinə başçı gedəcək. Güya bu başçı olandan sonra bizim pulumuzu verəcəkdi. Mənə dedi ki, o birilərinə de, sakit olsunlar. Söz verirəm ki, başçı olandan sonra sizin pulunuzu verəcəm. Üstəlik də əlavə elədi ki, yeni rayonun abalaşdırılmasını da bizə verəcək. Biz təbii ki, ona inanmadıq. Ondan sonra o da bizi hədələməyə başladı. Gah deyir sizi Müqayis Verdiyevin yanına atdıraram, gah da bizi hədələyir. Deyir ki, başanıza nə gələ bilər, xəbəriniz yoxdur”.
Yəqin ki, oxucularımız Azərbaycan Prezidenti İlham Əliyevin ötən il, sentyabrın 27-də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirakını xatırlayır. Doğurdan xaraba vəziyyətdə olan Sumqayıt bulvarı həmin gün çox yüksək səviyyədə Sumqayıt sakinlərinin istmfadəsinə verildi.
Məlumat üçün bidirək ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bulvarda Bayraq Meydanı da inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır. Bulvarda 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, monitorlar quraşdırılıb.
Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Ərazidə 2 yay uşaq-əyləncə mərkəzi tikilib, uşaqlar üçün 10 attraksion quraşdırılıb.
Qeyd edək ki, Sumqayıt Dənizkənarı Bulvarının təntənəli açılışdan qısa müddət sonra iş adamı Müqayis Verdiyevin həbs olunması haqda məlumat yayıldı. Bu həmin Müqayis Verdiyev idi ki, Sumqayıt Dənizkənarı Bulvarının tikintisini həyata keçirmişdi. İş adamı daha əvvəl də Goranboy İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin şikayəti üzərinə həbs olunmuşdu və bu həbs Goranboyda görülən işlərin pulunu verməmək üçün icra başçısının siyarihşi ilə həyata keçirildiyi bildirilirdi.
Maraqlıdır ki, Müqayis Verdiyev eyni situasiya ilə Sumqaytda üzləşdi. Həbsdən azad olunduqdan həmən sonra Sumqayıt Dənizkənarı Bulvarının tikintisini alan Müqayis Verdiyev bir neçə ay ərzində 11 sahibkarla bir yerdə bulvarı tikib təhvil verdikdən sonra ona yenidən vəd olunan pullar əvəzinə həbsxana qapıları açıldı. Onunla birlikdə bulvarın tikintisində iştirak edən 11 sahibkarın isə müsibəti bu həbslə başlayıb. Çünki üstündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də pullarını ala bilmirlər.
Bulvarın tikintisi ilə bağlı icra hakimiyyəti sahibkarlarla müqavilə bağlamayıb
Sahibkarlar bildirirlər ki, onlar hal-hazırda pullarını geri ala bilmək üçün məhkəməyə belə müraciət edə bilmirlər. Məhkəmə onların ərizələri üzrə icraat başlamaqdan imtina edir. Çünki sahibkarlarla Sumqayıt İcra Hakimiyyəti arasında Dənizkənarı Bulvarının tikintisi ilə bağlı müqavilə yoxdur. Sahibkarların bildirdiyinə görə belə bir müqavilə Sumqayıt İcra Hakimiyyəti ilə, hazırda həbsdə olan podratçı Müqayis Verdiyevin arasında da yoxdur. Bu üzdən də məhkəmə onların şikayətinə baxmaqdan imtina edir.
Sahibkarlar qeyd edirlər ki, bulvarın tikintisi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynovla Müqayis Verdiyevin arasında şifahi razılışma olub. Elə 11 sahibkar da Müqayis Verdiyevlə Fəzail Hüseynov arasında olan şifahi razılaşmaya inanaraq bütün işləri görüblər. Fəzail Hüseynov isə öz növbəsində demək olar ki, hər gün tikinti yerinə gələrək sahibkarlara ürək-dirək verib və bildirib ki, bulvar təhvil verilən kimi sahibkarlar pullaırnı alacaqlar. Fəhlə və sahibkarlar isə var gücləri lə çalışaraq işi keyfiyyətlə vaxtında təhvil vermək üçün hər şey ediblər. Maraqlıdır ki, Fəzail Hüseynov tikintidə işləyən fəhlələrin pullarını bir müddətdən sonra verib. Bu sahibkarların fəhlələrlə birlikdə Prezident Adminstrasiyası qarşısında keçirdikləri aksiya dan sonra baş verib. Pullarını alan fəhlələr sahibkarlardan uzaqlaşıblar və indi sahibkarlar əlləri ətəklərindən uzun Fəzail Hüseynovun qapısında durub çarəsiz şəkildə gözləməkdədirlər…

Tendersiz və müqaviləsiz Dənizkənarı Bulvar necə tikilib?

Bu sualın cavabı çox maraqlıdır. Çünki milyonlarla manat dəyəri olan dövlət sifarişli bir tikintinin tenderdən kənar həyata keçirilməsi mümkün deyil. Sifarişçinin podratçı ilə və eyni zamanda podratçı ilə subpodratçılar arsında müqavilənin olmaması isə heç bir sağlam məntiqə sığmır və qanundan tamamilə kənardır. Bəs nə baş verib? Necə ola bilər ki, Sumqayıt Dənizkənarı Bulvarı kimi nəhəng bir layihə tendersiz və müqaviləsiz həyata keçirilib?
Bu əslində mümkün deyil. Bu sualla həmsöhbətlərimizə müraciət etdikdə onlar bildirdilər ki, bütün işləri Müqayis Verdiyevdən alıblar və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynov çox saylı şahidlərin qarşısında onlara dəfələrlə rəsmi şəkildə bildirib ki, pullarını tamamilə geri alacaqlar.

Lakin indiki vəziyyət tamamilə başqa bir situastya yaradıb və ortada cinayət əməlinin olması şübhəsi meydana çıxır. Çünki bütün hallarda Sumqayıt şəhər İcra Hakimiyyəti ilə hansısa şirkət ya da MMC arasında tikinti üçün müqavilənin olması qaçınılmazdır və əlaqədar təşkilatların bu şirkəti ortaya çıxarması su içmək kimi asandır. Təbii ki, əgər isətəsələr…
Sahibkarlar isə bildirir ki, onların eşitdiyinə görə bulvarın rəsmi podratçısı olan MMC Fəzail Hüseynovun qohumu olan bir şəxsin adınadır. Həmin adamı heç kim görməyb və həmin MMC bulvarın tikintisndə bir daşın üstünə bir daş da qoymayıb. Sadəcə Dənizkənarı Bulvarının tikintisi üçün ayrılan dövlət vəsaiti həmin MMC-nin hesabına köçürülüb və sonra pullar yoxa çıxıb.
Ümumiyytlə isə sahibkarların iddisına görə Sumqayıt şəhərinin abadlaşdırılması üçün ayrılan 49 milyon manat pul məhz bu sirli MMCnin hesabına köçürülüb və abalaşdırılma işləri Sumqayıtda fəaliyyət göstərən ayrı-ayrı sahibkarların üzərinə qoyulub.
Əslində bu məsələdə yuxarıda qeyd etdiymiz kimi heç də müəmma və sirr ola bilməz. Sadəcə əlaqədar dövlət qurumlarının, o cümlədən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Sumqayıt Dənizkənarı Bulvarının tikintisi ilə bağlı sənədlərə gözucu nəzər yetirməsi kifayətdir. Bu halda hər şey özü-özünə aydın olacaq və bütün daşlar yerində oturacaq…
Qeyd edək ki, 11 sahibkarın hər birinin çəkdiyi xərclərin qaimələrini, o cümlədən hər bir sahibkara Fəzail Hüseynovun nə qədər borclu olması ilə bağlı növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.
İndii isə sadəcə sahibkarların adlarını oxucularımızın diqqətinə çatdırırıq:

1. Abdullayev Aydın Əzizalı oğlu;
2. Ənnağıyev Bəxtiyar Tapdıq oblu;
3. Piriyev Bilal Bayram oğlu;
4. Mansurov Çingiz Əfraim oğlu;
5. Qarayev Elçin Məmmədəli oğlu;
6. Abbasov Eyvaz Musa oğlu;
7. Qasımov İsa Umudvar oğlu;
8. Əsgərov Məhəmməd Abasqulu oğlu
9. Abbasov Rəşad Haşim oğlu;
10. Rzayev Zöhrab Rafiq oğlu;
11. Məmmədov İlham Musa oğlu.

Sumqayt şəhər İcra hakimiyyətinin və Fəzail Hüseynovun mövqeyini dərc etməyə hazırıq.

MilliYol.az
Sumqayıt Bulvarı, Fəzail Hüseynovun sözü... və müflis olan 11 sahibkar
Sumqayıt Bulvarı, Fəzail Hüseynovun sözü... və müflis olan 11 sahibkar

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.