SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövlət işində vəzifə tutmaq üçün şans

Dövlət işində vəzifə tutmaq üçün şans

Tarix:

28-08-2017, 14:04

/ 57 960 dəfə oxundu.
Dövlət işində vəzifə tutmaq üçün şans

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib.

DİM-in saytına istinadən xəbər veririk ki, avqustun 25-dən 5 dövlət orqanında 86 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 85-i mərkəzi icra hakimiyyəti orqanlarının (Kənd Təsərrüfati Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə məhkəmə orqanlarının (Gəncə Apellyasiya Məhkəməsi) aparatındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyənlər sənədlərini 14 sentyabr saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.

Şərhlər

XƏBƏR LENTİ