SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Kred Aqro” BOKT ölən müştərinin oğlunu məhkəməyə verdi

“Kred Aqro” BOKT ölən müştərinin oğlunu məhkəməyə verdi

Tarix:

25-08-2017, 15:00

/ 108 930 dəfə oxundu.
“Kred Aqro” BOKT ölən müştərinin oğlunu məhkəməyə verdi

Cəlilabad rayon sakini Bünyatov Mirbağır “Kred Aqro” BOKT-un Cəlilabad rayon filialından şikayətçidir.

O, bu barədə müraciət edərək bildirib ki, 2015- cilin iyun ayında atası Binyatov Fayas sözügedən təşkilatdan 1500 manat məbləğində kredit götürüb: “Mən isə atama zamin durmuşam. Atam 2016- ci ilin oktyabr ayında vəfat edib. O vaxta kimi krediti ödəmişik. Ancaq atam vəfat etdikdən sonra təşklilat qalan məbləği ödəmək üçün mənə müraciət etdi. Mənsə bildirdim ki, kredit sığortalanıb. Əgər kredit götürən şəxs vəfat edirsə, yerdə qalan borcu sığorta şirkəti ödəməlidir. Şirkətdən dedilər ki, özüm gedib sığorta şirkətiylə danışıq aparıb borcu ödətdirməliyəm. Halbuki bu, müqavilə şərtlərinə uyğun deyil. “Alfa Sığorta”nı bizə həmin kredit təşkilatı təklif edib.

Filial rəhbərliyi də sığorta şirkətinə atamın ölümündən sonra qalan borcu ödəmək üçün məktub ünvanlayıb. İndi isə deyir ki, məsələnin onlara aidiyyatı yoxdur. Eyni məsələ Beynəlxalq Bankla da yaranmışdı. Amma onlar öhdəliklərini yerinə yetirdilər və qalan borcu sığorta şirkəti ödədi. Mən kredit təşkilatından öz öhdəliyini yerinə yetirməyi və məhkəmələrlə məni narahat etməməsini tələb edirəm”.

Məsələ ilə bağlı “Kred Aqro” QSC-nn Cəlilabad filialının müdiri İntiqam Rüstəmovla əlaqə saxladıq. O bildirib ki, sığorta müqaviləsi şirkətlə kredit götürən vətəndaş arasında bağlanıb: “Burada bizim şirkət heç bir məsuliyyət daşımır. Vətəndaş kreditin ödənilməsini sığorta şirkətindən özü tələb etməlidir. Kredit götürən şəxs vəfat etdiyindən onun borcunu müqavilə üzrə zamin ödəməlidir. Zamin da borcu ödəmədiyi üçün biz aidiyyatı üzrə məhkəməyə müraciət etmişik”.

“Qafqazinfo”
“Kred Aqro” BOKT ölən müştərinin oğlunu məhkəməyə verdi
“Kred Aqro” BOKT ölən müştərinin oğlunu məhkəməyə verdi
“Kred Aqro” BOKT ölən müştərinin oğlunu məhkəməyə verdi

Şərhlər

XƏBƏR LENTİ