Müəllimlərin işə qəbulu prosesində 11 saxta diplom aşkarlanıb
- 25-08-2017, 13:29
- 109 847
Nazirliyin saytına istinadən xəbər veririk ki, müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb.
Avqustun 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.
Müsahibə mərhələsi avqustun 26-da başa çatacaq.