XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Bütün yollarımız doludur bu pul tələləriylə" - Xalq şairindən radarlara etraz

"Bütün yollarımız doludur bu pul tələləriylə" - Xalq şairindən radarlara etraz

"Bütün yollarımız doludur bu pul tələləriylə" - Xalq şairindən radarlara etraz
25-08-2017, 12:00

"Quba yoluyla gələndə Sumqayıt ayrıcından Bakıya kimi məsafə 16 km-dən çox olmaz. Maraq üçün saydım, 7 radar, 2 Yol- Polis məntəqəsi var”.

Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı özünün facebook hesabında yazıb.

O deyib ki, bu, Gennesin rekordlar kitabina düşməli bir biabırçılıqdır: "Sürücünü də belə ələ salmaq, az qala hər km-dən bir nəzarət qurgusu qoymaq olar?! Bütün yollarımız doludur bu pul tələləriylə. Türkiyənin hansı bölgəsindəsə yoxlama aparıb bu yolla əhalinin necə amansızca soyulduğu üzə çıxarılmış və qurğular sökülüb atılmışdı. Qudurğanlar radara filana baxmırlar, normal sürücülərsə nəzarətsiz də öz işlərini bilir. Biz işlərimizi normal insanlara görə qurmalıyıq. Addım başı maşının sürəti minimima endiriləcəksə, gözün yola baxmaqdansa yolüstü qurgularda qalacaqsa, onda bu gözəl otobanlar, sürət yolları niyə tikilirdi?”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.