""Bank of Baku"nun əməkdaşları məni təhqir edib, alçatdılar" - Vətəndaş başına gətirilənlərdən YAZDI
Atası rəhmətə gedən vətəndaş "Bank of Baku"dan şikayətçidir.
Elçin Əhmədov adlı vətəndaş müraciət edərək sözügedən bankın əməkdaşları tərəfindən təhqirlərə məruz qaldığını bildirib. Vətəndaşın sözlərinə görə, iki ay öncə vəfat edən atası Əhmədov Şəmsəddin Müşfiq oğlunun ölümündən sonra o atasının adında olan "Bolkart" kartını bağlatdırmaq qərarına gəlib. Bunun üçün banka müraciət edən vətəndaş başına gətirilən hadisə haqqında yazıb:
"Atam iki aya yaxındır ki, vəfat edib. Atamın vəfatının ardından bankdan çoxlu sayda zənglər gəldi ki, bəs atanızın borcu var. Mən də banka yaxınlaşıb atamın vəfat etdiyini bildirdim. Onlara ölüm kağızını təqdim edərək, kartın ləğv edilməli olduğunu söylədim. Ortada böyük bir məbləq də yox idi. Bankdan mənə Şirvan filialına yaxınlaşmağımı söylədilər. Bunun üçün isə ölüm kağızının nüsxəsinin kifayət edəcəyini bildirdilər".
Vətəndaşın sözlərinə görə, o Şirvan filialınma yaxınlaşaraq "Bolkart"ın ləğv edilməsini xahiş edib. Bank isə ondan ölüm kağızının notarial təsdiqini istəyib:
"Mənə nüsxənin əsli ilə təsdiq edilməsi təklif edildi. Ölüm kağızının əsli də yanımda idi və onlara bu kağızı təqdim etdim. Və bank əməkdaşlarına söylədim ki, notarial təsdiqə ehtiyyac olmadığını mənə mərkəzi filialdan bildiriblər. Ancaq konfilikt yaşandı və filial müdiri Aslan Nəbiyev mənimlə təhqiramiz, alçaldıcı formada danışdı. Bu konfiliktin ardından mən bankın filialını tərk etdim. Bu məsələnin ictimailəşməsini istəyirəm. Qoy insanlar bankların vətəndaşlarla necə davrandıqlarını görsünlər".
Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
AZXEBER.COM

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...