Xalq artistini Türkiyədə təcili əməliyyat etdilər
- 24-08-2017, 14:48
- 109 472
Açıqlama verən xalq artisti narkozdan indi ayıldığını deyib:
“Bu gün bir əməliyyat keçirdim. Narkozdan indi ayılmışam, heç bilmirəm, necəyəm. Həkimlərin dediyinə görə, əməliyyat ağır olmayıb. Bağırsağımda hansı proseslərin getdiyini dəqiqləşdiriblər. Sabah isə ikinci dəfə əməliyyat olunacam. Bağırsağımın bir hissəsi kəsilməlidir. Həkimlərin dediyinə görə, ağır əməliyyat sayılır. Bilmirəm, əməliyyatdan necə çıxacağam, ümid Allahadır”.
Xatırladaq ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, iyunun sonunda Türkiyədə bağırsağından da əməliyyat olunub.
yenicag.az