XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Rusiyada sərnişin təyyarəsi radarlardan itib

Rusiyada sərnişin təyyarəsi radarlardan itib

Rusiyada sərnişin təyyarəsi radarlardan itib
24-07-2025, 10:29

 Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radarlardan itib, onunla əlaqə yoxdur.

Bu barədə "İnterfaks" təcili xidmətlərə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 40 sərnişin və 6 ekipaj üzvü var.

Bildirilib ki, “An-24” təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edirdi.

Son nöqtəyə yaxın sərnişin təyyarəsi radardan itib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.