Şıxov sakinləri 2 nazirdən kömək istədilər - "Nəfəsimiz kəsilir"
Redaksiyamıza müraciət edən Şıxov sakinlərinin gileyi daş karxanalarındandır. Narazı vətəndaşlar yazır:
"Şıxov ərazisində yerləşən daş karxanaları bu gün bizim rəsmən qənimimizə, sakinlər üçün təhlükəyə çevrilib. Dəfələrlə aidiyyatı qurumlara şikayət etsək də, bizi dinləyən yoxdur.
Belə ki, Şıxov ərazisində yerləşən və hər birinin arxasında konkret bir məmurun dayandığı daş karxanalarının havaya buraxdığı toz dumanı təkcə evlərimizin, zar-zor yetişdirdiyimizin ağacları, qurutmaq üçün sərdiyimiz paltarları toza qərq etmir, həm də həyatımızı qaraltmaqdadır. Həmin toz dumanında nəfəs almaq olduqca çətindir. Nəfəsimiz kəsilir. Artıq uşaqlarımızda bunun ciddi fəsadları yaranıb.
Biz sizin vasitəsilə Əmək və əhalinin sosial müdafiəsi Naziri Səlim Müslümovdan və Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdan xahiş edirik ki, yaşayış yerləri ilə iç-içə olan həmin daş karxanalarının bağlanması üçün addım atsın. Yoxsa bu gün minlərlə vətəndaşın səhhətində ciddi problemlər yaranacaq".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...