SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Meriya və Azəravtoyol “2” aldı: Abutalıbovla Məmmədov qar fəlakəti yaşatdı

Meriya və Azəravtoyol “2” aldı: Abutalıbovla Məmmədov qar fəlakəti yaşatdı

Tarix:

2-02-2017, 00:29

/ 1 751 dəfə oxundu.
Meriya və Azəravtoyol “2” aldı: Abutalıbovla Məmmədov qar fəlakəti yaşatdı

Bakı Şəhər İcra Hakimiyyəti və “Azəravtoyol” ASC qar imtahanından yenə “iki” aldı

Məlumata görə, Bakıda yaşanan qar fəlakəti növbəti dəfə hər iki qurumun fəaliyyətsizliyini, yarıtmazlığını ortaya qoydu. Məlum oldu ki, onların texnikası yoxdur. Hacıbala Abutalıbovla Saleh Məmmədov qar fəlakəti yaşatdılar.

Yasamal rayon ərazisində bir qartəmizləyici texnikaya rast gəlinməyib. Eyni sözləri Badamdar, Əhmədli, Neftçilər, Şamaxinka və bütün istiqamətlər haqda demək olar. Təkcə mərkəzdə, nazirliklərin olduğu ərazilərdə yüngül təmizləmə işləri həyata keçirilib.

Rusiyada, digər ölkələrdə qartəmizləyən texnika qarı sadəcə yoldan kürümür. Qarı aparıb kənar yerə tökürlər. Bizdə qarı yolun qırağına kürüyüblər, hərəkət hissəsi məhdudlaşıb. Belə şəraitdə maşın sürmək risklidir.

Qurumlar öz aləmlərində şəhəri iki hissəyə ayırıblar - əsas arterial əhəmiyyət daşıyan magistral küçələr və məhəlli yollar. Magistral küçələrdə işləyirlər, digərlərində yox. Əslində, onlar məhəlli yollar deyil, sadəcə, az instensivlik var.

Adətən körpülər və külək çox vuran yerlər daha tez donur. Həmin nöqtələrə xüsusi diqqət ayrılmalıdır.

Yol hərəkəti təkcə maşınlar üçün deyil, piyadalar da nəzərdən qaçmamalıdır. Bakıda bir dənə səki təmizlənmir. Hazırda Bakı şəhərində olan nəqliyyat parkının 10-15 faizi yola çıxıb.

Məlumata görə, Əhmədlidə, Əliağa Şıxlinski küçəsində 87 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçiləri həmin MKİS-in rəisinin yaşadığı evin qarşısındakı qarı təmizləyib yola töküblər.

Yaxınlıqdakı məktəbə gedən yolu yada salan yoxdur. Əsas məsələ odur ki, MKİS-in rəisi sürüşüb yıxılmasın. Qalan sakinləri fikirləşən yoxdur.

Qeyd edək ki, ölkə rəhbərliyi qar təmizləyən texnikanın alınması üçün milyonlarla manat vəsaitin ayrıldığını açıqlayıb. Fakt göz qabağındadır.

Qafqazın lideri olan, iqtisadi böhrana qalib gələn, dünyaya meydan oxuyan ölkənin paytaxtında qarı müasir texnika ilə yox, paltar vannası ilə təmizləyirlər.

Şərhlər

XƏBƏR LENTİ