Nazir ikili diplomlardan danışdı: Gözləntilərimiz yüksəkdir
“İnanıram ki, ikili diplom kimi tipli layihələrin həm ADPU, həm də digər ali təhsil müəssisələrinə ciddi müsbət təsirləri var. Universitetlərimizə öyrənməyə böyük imkanlar yaradır, biz bunu ali məktəblərin hər il açıqlanan reytinqlərində də görürük və inanıram ki, görməyə də davam edəcəyik. Bizim gözləntilərimiz kifayət qədər yüksəkdir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsil və insan inkişafı” üzrə ikili diplom magistr proqramının IV məzun buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.
Nazir məzunları təbrik edərək onların həyatlarının ən mühüm günlərindən birini yaşadıqlarını bildirib: “Həm 100 yaşını qeyd etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetin, həm də ABŞ-nin ən aparıcı ali təhsil ocaqlarından biri olan Corc Vaşinqton Universitetinin diplomunu almaq hər kəsə nəsib olmur”.
O vurğulayıb ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “2019–2023-cü illər üçün ali təhsil sisteminin rəqabətqabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir. “Artıq bu proqramlardan mindən çox şəxs məzun olub və onlar həm şəxsi inkişaf, həm də ölkənin gələcəyi üçün ciddi töhfə vermək imkanı qazanıblar”, – deyə nazir əlavə edib.
Emin Əmrullayev çıxışında Dövlət Neft Fonduna da təşəkkürünü çatdıraraq bildirib ki, bu təşəbbüslər Azərbaycanın uzun illər inkişafına böyük töhfə vermiş neft gəlirlərinin insan sərvətinə, yəni Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “qara qızılın insan qızılına çevrilməsi” prosesinin bariz nümunəsidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...