Zorlanan məktəblinin işi ilə bağlı ARAŞDIRMA BAŞLAYIB
Beyləqan Rayon Prokurorluğu 5 nəfər həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli barədə açıqlama verib.
Rayonun prokuroru Azər Osmanov bildirib ki, baş verən hadisə ilə bağlı cinayət işi açılıb və hazırda istintaq gedir:
“Məsələ ilə bağlı istintaq gedir. İstintaqın sirrləri ilə bağlı mətbuata məlumat verilmir”.
Bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı. Zorakılığa məruz qalan qız və onun anasının açıqlamasına görə, hadisədə əli olan iki nəfər həbs olunub, 3 nəfər- Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib cinayət məsuliyyətindən kənarda qalıb.
Məktəbli qız müsahibəsində bu hadisənin başında hazırda azadlıqda olan Rasim Babayevin dayandığını vurğulayıb. Bundan əlavə rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova “heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”-deyə təhsil müəsisəsində baş verən cinayəti ört-basdır etməyə çalşıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...