XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Diqqət: Bu yol 4 gün bağlı olacaq

Diqqət: Bu yol 4 gün bağlı olacaq

Diqqət: Bu yol 4 gün bağlı olacaq
14-08-2017, 14:00

Sabahdan Binəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq tətbiq ediləcək.

"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək, yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərə alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir", - deyə məlumatda əlavə olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.