Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin beynəlxalq miqyasda tanıdılması və turizmin inkişafına “töhfə” vermək adı ilə yeni bir strategiyaya baş vurub.
"Dia.az" xəbər verir ki, bu məqsədlə agentlik 2025-ci ilin fevral ayının 13-ü dövlət satınalmalarının vahid internet portalında 4 tender elan edib.
“Xarici jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması” tenderinin bitmə tarixi isə martın 7-sindədir.
Dörd tender üçün ayrılan ümumi vəsaitin həcmi 4 milyon 190 min manat təşkil edib.
Tenderlər üç qitəni əhatə edərək, doqquz ölkədən ümumilikdə 212 nəfərin Azərbaycana gətirilməsini nəzərdə tutur. Bu şəxslər arasında jurnalistlər, turizm blogerləri və səyahət agentliklərinin nümayəndələri var.
Bölgü isə belədir: Özbəkistandan 30 nəfər, Qazaxıstandan 30 nəfər, Çindən 30 nəfər, Hindistandan 40 nəfər, Cənubi Koreyadan 10 nəfər, İsraildən 20 nəfər, Rusiyadan 37 nəfər, Belarusdan isə 15 nəfər.
Bu metod hökumətin ilk dəfə rəsmi şəkildə tanıtım siyasətində influenser marketinqindən istifadə etdiyini göstərir.
Məqsəd, onların ölkə haqqında pozitiv məlumatlar paylaşması, turizm potensialını şəxsən kəşf etməsi və öz izləyiciləri ilə bölüşməsidir.
Azərbaycan hökuməti əvvəllər də blogerlərin və səyahət influenserlərinin reklam imkanlarından istifadə edib. Ancaq bunlar əsasən qərb və rus blogerləri ilə fərdi və bir çoxu könüllü şəkildə həyata keçirilirdi.
Bu dəfə isə rəsmi tender yolu ilə daha gəniş miqyasda və məqsədli şəkildə bu prosesə start verilib. Və bu, əsasən Asiya ölkələri kontingentini hədəfləmiş turizm strategiyası kimi həyata keçirilir.
"Dia.az" vruğulayır ki, burada əslində bir mühüm məqam da sözgüedən prosesin maliyyələşməsinə nəzarət imkanlarının demək olar ki, məhdudluğudur. Hər halda, saxta, "fakeblogger" hesabına bu kimi işlər zaman-zaman həyata keçirilib və büdcə pulları mənimsənilib. Eyni prosesin təkrar baş verməyəcəyinə isə inanmaq o qədər də asan deyil...
Dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...