Azərbaycanda qadınlar üçün dövlət sığınacaqları yaradıla bilər
Məişət zorakılığından əziyyət çəkən qadınlar üçün dövlət sığınacaqları yaradılmalı, Qeyri-Hökumət Təşkilatlarının isə sığınacaqları artırılmalıdır.
Bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Komitə rəsmisi bildirib ki, ailə-məişət zəminində baş verən zorakılıq hallarının azaldılması üçün ailə və uşaq psixoloqlarının sayı çoxaldılmalıdır.
“Məişət zorakılığına məruz qalmış qadınlara ilkin yardımın edilməsi vacib amillərdəndir. Qadın uşaqlarla təkbaşına qaldıqda və ya evdən qovulanda ona yardım edilə bilər. Həmin vətəndaş dövlət tərəfindən birdəfəlik müavinət alsa, bu, onun iş tapana qədər özünüreabilitasiya kursunu keçməsinə şərait yaradacaq. Həmçinin aliment fondunun yaradılması dövlət tərəfindən boşanma müddəti ərzində qadının təkbaşına uşaqları saxlamasına da kömək edəcək”.
E.Səfərov qeyd edib ki, aliment fondlarının yaradılması, imtiyazların, dəstək proqramlarının qəbul edilməsi qadın hüquqlarının müdafiəsində vacib addımlardan ola bilər.
“Komitə tərəfindən qəbul ediləcək yeni sənədlərdə bu müddəalar nəzərdə tutulur. Ailə strategiyasında məişət zorakılığının qarşısının alınması üçün milli fəaliyyət planı, Uşaq Məcəlləsinin də qəbul edilməsi planlaşdırılır. Bu sənədlərdə qeyd etdiklərimizin hər biri öz əksini tapacaq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək