Dünən hava rekord həddə isti olub - Rəsmi
- 10-08-2017, 11:12
- 142 384
Qurumdan daxil olan açıqlamada bildirilir ki, departament tərəfindən əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 09-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb ki, bu da 2015-ci il 02 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub. Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.