Lənkəranda ekokönüllülüklə bağlı maarifləndirmə tədbiri keçirildi
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi tərəfindən həyata keçirilən "EkoKönüllülər: Gənclər Təbiət və İnsanlıq Yolunda" layihəsi çərçivəsində növbəti tədbir Lənkəran şəhərində baş tutub. Tədbir Lənkəran Tibb Kollecinin tələbələrinin iştirakı ilə təşkil edilib.
Görüş zamanı layihənin başlıca məqsədləri, gənclər arasında ekokönüllülük fəaliyyətinin təşviqi və bu istiqamətdə məlumatlandırmanın vacibliyi xüsusi vurğulanıb. Layihənin icraçıları bildiriblər ki, ekokönüllülük yalnız ətraf mühitin qorunmasına deyil, eyni zamanda, gənclərin fərdi inkişafına və sosial məsuliyyət hissinin güclənməsinə də mühüm töhfə verir.
Tədbir iştirakçılarına COP-29 irsinin əhəmiyyəti və onun gələcək nəsillərin sağlam həyat tərzinin formalaşmasındakı önəmi ətraflı şəkildə izah edilib. Eyni zamanda, ekoloji biliklərin artırılması və ekokönüllülüyün prinsiplərinin genişlənməsinin təkcə yerli ekoloji problemlərin həlli üçün deyil, həmçinin qlobal iqlim böhranının aradan qaldırılması üçün mühüm rol oynadığı qeyd olunub.
Tədbir çərçivəsində iştirakçılar arasında ekokönüllülük mövzusunda fəal müzakirələr aparılıb. Gənclərin bu sahəyə marağını artırmaq üçün praktik nümunələr və tövsiyələr təqdim edilib. İştirakçılar, ekoloji məsələlərin həllində şəxsi təşəbbüslərin əhəmiyyətini anlayaraq, bu istiqamətdə daha aktiv olmağa çağırılıb.
Sonda vurğulanıb ki, ekokönüllülük mədəniyyətinin inkişafı təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ətraf mühit problemlərinin həlli prosesinə ciddi dəstək verə bilər. Layihə iştirakçıları, ekoloji maarifləndirmə və könüllülük təşəbbüslərinin gənclər arasında davamlı şəkildə təşviqinin əhəmiyyətini bir daha diqqətə çatdırıblar.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...