Heydər Əsədov taxılsəpən aqreqatın alışında 5 250 000 manat mənimsəyib - İTTİHAM VAR
Redaksiyamıza Kənd Təsərrüfatı naziri Heydər Əsədova qarşı ağır ittihamın yer aldığı bir məlumat göndərilib. Xəbəri verən qaynaq KTN şefinin bir alqı-satqıda milyonları necə rahatlıqla mənimsədiyini bildirir.
Daxil olan həmin məlumatı olduğu kimi təqdim edirik:
"2016-cı ildə taxilsəpən aqreqatı qonşu fermer Aqrolizinqdən 6100 manata alıb, bu il isə həmin aqreqatı Aqrolizinq 9600 manata satır.
Əlavə-də keçən ilki alış üçün Aqrolizinqin sənədini və bu il Aqrolizinqin rəsmi veb səhifəsindən göstərdikləri qiyməti görə bilərsiz. Diqqət yetirin, hər ikisi eyni modeldir (HBM-N24). Fərq yalnız illərdədir, keçən il alınan 2016-ci ilin istehsalıdır bu ilki 2017. Aqrolizinqin işçilərinə sual etdikdə niyə eyni avadanlıqda 50%-dən çox fərq var, deyirlər ki, köhnə dövrlərdən bütün avadanlıqlar açıq tendernən alınırdı, ona görə ucuz olurdu, bu il isə cənab nazir göstəriş verib ki, nazirin qardaşının şirkətlərilə birbaşa müqavilə bağlansın, nazirin qardaşının şirkətləridə belə qiymətlərlə satir".
Daha sonra yazan mənbə bildirir: "Nəzərə alsaq ki, tək bu il 1500 ədəd taxıl səpən avadanlıq alınıb, və hər birinin qiymətində 3500 manat fərq var, belə çıxır ki hörmətli nazir ancaq bir növ avadanlıqda 5 250 000 manat mənimsəyib. Belə olan halda, kənd təsərrüfatı necə inkişaf edə bilər. Nazirin qardaşının şirkətləri Aqrolizinqlə bu il ümümilikdə 50 milyon manatda artıq müqavilə bağlayiblar, əgər digər avadanlıqlardada nazirin iştahı bu dərəcədə olubsa, vay ölkənin kənd təsərrüfatının halına".
http://agrolizing.gov.az/upload/newsayt/asilan-qosulan.pdf (səhifə 14)
Qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...