18 nömrəli tam orta məktəbin ev sahibliyi ilə narkotik asılılığına qarşı mübarizə təlim başladı
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sosial İnkişaf Yardım İctimai Birliyinin təşkilatçılığı və 18 nömrəli tam orta məktəbin ev sahibliyi ilə narkotik asılılığına qarşı mübarizə təlim başladı.
İlk təlim 18 nömrəli tam orta məktəbdə baş tutdu. Tədbiri məktəbin direktoru Leyla xanım açaraq qonaqları salamladı və narkotik asılılığına qarşı maarifləndirmə işlərinin gənclərin gələcəyi üçün əhəmiyyətini vurğuladı.
Daha sonra Sosial İnkişaf Yardım İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Zakir Quliyev çıxış edərək layihənin məqsədləri, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və gözlənilən nəticələr barədə məlumat verdi. O, bu layihənin gənclərin sağlam həyat tərzinin təşviq edilməsinə və narkotiklərdən uzaq durmalarına dəstək olduğunu qeyd etdi.
Daha sonra DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov çıxış edərək hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gördüyü işləri və bu istiqamətdə gənclərin maarifləndirilməsinin əhəmiyyətini vurğuladı.
Daha sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev layihənin cəmiyyətin maarifləndirilməsi və narkotiklərə qarşı mübarizə istiqamətində verdiyi töhfələrdən danışdı. O, dövlətin narkotik vasitələrin yayılmasına qarşı gördüyü qabaqlayıcı tədbirləri, qanunvericilikdə edilən dəyişiklikləri qeyd etdi.
Daha sonra Bakı şəhəri Narkoloji Mərkəzin həkim-narkoloqu Aytən Nadirli çıxışında narkotik asılılığının fərdlər, ailələr və cəmiyyət üçün yaratdığı təhlükələrdən danışdı. O, narkotiklərdən asılı şəxslərin reabilitasiyası və onların yenidən cəmiyyətə qazandırılması istiqamətində Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verdi.
Tədbirin növbəti çıxışı layihənin təlimçisi Büllur xanım oldu. O, layihənin maarifləndirmə işlərində və gənclərin məlumatlılığının artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Tədbir, iştirakçıların birgə xatirə fotosu çəkdirməsi ilə yekunlaşdı.








XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...