SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dəniz kənarındakı məşhur obyektlər cərimələndi - Nazirlikdən yoxlama

Dəniz kənarındakı məşhur obyektlər cərimələndi - Nazirlikdən yoxlama

Tarix:

8-08-2017, 12:39

/ 57 273 dəfə oxundu.
Dəniz kənarındakı məşhur obyektlər cərimələndi - Nazirlikdən yoxlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər dənizinin sahilboyu zonasında reyd keçirilib.

Nazirliyə istinadən xəbər veririk ki, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən "Aquapark”, "121”, "Amay” istirahət mərkəzlərində, "Delfin” çimərliyində, "Fərdi” iaşə obyektində, "Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, "Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib:

"Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub. İnzibati xəta törətdiklərinə görə təqsirkar şəxslər ümumilkdə 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib".

Nazirlik bildirib ki, reydlər davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ