İntihara təşviq etdiyinə görə "TikTok" məhkəməyə verildi
Fransız ailələr uşaqlarına zərərli məzmun təqdim etdiyi üçün "TikTok"u məhkəməyə veriblər.
Fransada 7 ailə övladlarını zərərli məzmun təqdim etməkdə ittiham edərək Çin sosial media platforması olan "TikTok"u məhkəməyə verib.
Fransız ailələri "TikTok"a qarşı iddia qaldıraraq, dünya səviyyəsində təxminən 1,6 milyard istifadəçisi olan platformanın alqoritminin uşaqların özlərinə zərər verə biləcəyi, intihara və qidalanma pozğunluğuna səbəb ola biləcək məzmunlar təqdim etdiyini bildirib.
Təhlükəli məzmunu ilə uşaq və gənclər üçün təhlükə yaratdığı səbəbilə ABŞ və Avropanın müxtəlif yerlərində platformaya qarşı iddia qaldırılıb.
Qeyd edək ki, İordaniya, Hindistan, Əfqanıstan, İran, Pakistan və Tayvan da daxil olmaqla bəzi ölkələr müxtəlif səbəblərdən “TikTok”-u qadağan etdiyi halda, Avstraliya, Kanada, İngiltərə və Yeni Zelandiya kimi ölkələr tətbiqin ictimai kompüter və cihazlarda istifadəsini qadağan edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək