Nazirlik obyekt sahiblərini cərimələdi (SİYAHI)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıt şəhərində açıq su hövzələrinin çirkləndirilməsinə qarşı növbəti reyd keçirib.
Nazirlikdən verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhərində “Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının qalaqlanması, 76-cı məhəllədə fəaliyyət göstərən “Quşçuluq təsərrüfatı”nda formalaşan çirkab suların təmizlənmədən birbaşa “Acı-Dərə”si kanalına axıdılması, Xəzər dənizi sahil zolağında “Freqat”, “Nicat”, “Orxan”, “Neptun”, “Sahil”, “Alinea” ictimai iaşə obyektlərində yaranan bərk və maye mənşəli məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə edilməməsi faktları aşkar olunub.
Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib.
İnzibati xəta törətdiklərinə görə obyekt sahibləri ümumilikdə 3800 manat məbləğində cərimə olunub və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
“Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının atılmasında və qalaqlanmasında təqsirkar olan şəxslərin müəyyənləşdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...