SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şöbə müdiri Səhiyyə Nazirliyini, İnnovasiya və Təchizat Mərkəzini “topa tutdu”- ŞOK İTTİHAM

Şöbə müdiri Səhiyyə Nazirliyini, İnnovasiya və Təchizat Mərkəzini “topa tutdu”- ŞOK İTTİHAM

Tarix:

4-08-2017, 10:31

/ 92 831 dəfə oxundu.
Şöbə müdiri Səhiyyə Nazirliyini, İnnovasiya və Təchizat Mərkəzini “topa tutdu”- ŞOK İTTİHAM

“Belə bir səbəblər üzündəndir ki, İlqar həkim bizə qarşı ögey münasibətini ortaya qoyur, hər birimizə qarşı sanki yuxarıdan aşağı baxmağı özü üçün şərəf də bilir”

Respublikamızın səhiyyə ocaqlarında yaşanan xoşagəlməz durumun varlığı hər zaman hər kəsi düşündürmüş və belə bir səbəblər üzündən də, əmələ gələn problemlər, onların mahiyyəti çox ciddi müzakirə olunan mövzulardan birinə də çevrilmişdir. Son vaxtlar bəzi səhiyyə müəssisələrində apardığımız araşdırmalar, əldə olunan nəticələr, ümumi təhlil və müşahidələrimiz bizi belə bir qənaətə gəlməyə vadar edib ki, bu gün Azərbaycan səhiyyəsində yeni islahat proqramlarının həyata keçirilməsınə olduqca zərurət yaranıb. Çünki, bir çox səhiyyə ocaqlarında hələ də savadsız, səriştəsiz, bacarıqsız həkimlər fəaliyyət göstərirlər, rüşvətxorluq amilləri tüğyan edir, xəstələrin başına minbir oyunlar açılması sanki adi hala çevrilib, hətta xəstələrin tam əksəriyyəti dövlətin rəsmi açıqlamalarında göstərilən təminolunmalardan kənarda da qalırlar.
Bugünkü ictimai həyatımızın göstəriciləri, müasir dövrün tələbləri və.s isə, bütövlükdə səhiyyə müəssisələrində əmələ gələn problemlərin həllini zəruri edir. Düzdür, bu günə kimi hökümət səviyyəsində müəyyən addımlar atılıb, qəti qərarlar qəbul olunub, amma əksər səhiyyə ocaqlarında anarxiya, soyğunçuluq, rüsvayçılıq, biabırçılıq, xəstələrə ögey yanaşma amilləri hələ də tüğyan etməkdə davam edir. Belə səhiyyə ocaqlarından birinin də, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının olduğu bildirilir. Belə bir səbəblər üzündən də, adı çəkilən müəssisədə baş verənlərə qarşı formalaşan ictimai münasibətimizi zəruri edən səbəblər haqda, hər kəslə fikir və düşüncələrimizi bölüşməyə çalışaq. Əvvəla onu qeyd edək ki, adı çəkilən səhiyyə ocağı istər sovet dönəmində, istərsə də yaxın tariximizdə Azərbaycan səhiyyəsinin inkişafında öz yeri və xüsusi çəkisi olan müəssislərdən biri olub. Çünki özəl səhiyyə sahəsinin inkişaf etmədiyi dönəmlərdə, ölkə əhalisinin daha çox hissəsi Respublika Klinik Xəstəxanasına üz tuturdular, lazımi qaydada müayinə və nüalicə də olunurdular. Artıq bu gün adı çəkilən müəssisədə fərqli ab-hava yaşandığından, fərqli yanaşma ortaya qoyulduğundan, tam əksəriyyət bu səhiyyə ocağından narazılıq hissini ifadə edir, haqlı iradlarını da ortaya qoyurlar. Məhz buna səbəb olan amillərdən ən əsası, həmin ünvana üz tutanların minbir oyun qaydaları ilə üz-üzə qalmaları, getgələ salınmaları, haqsız tələblər qarşısında duruş gətirə bilməmələri səbəb olur.
Bir-iki gün bundan öncə redaksiyaya ərizə ilə müraciət edən Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi ev-9, mən-25 ünvanda yaşayan Duşdurov Katib Bayram oğlu, Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava ev-83Z ünvanda yaşayan Dadaşev Famil Fazil oğlu və Ağcabədi rayonunun Aran kənd sakini Dolxanov Ruslan Kamal oğlu yazmış olduqları şikayət ərizəsində qeyd edirlər ki, “biz uzun illərdir ki, dializ xəstələriyik və belə bir səbəb üzündən də, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qeydiyyatdayıq. Son 3-4 aya kimi xəstəxananın dializ şöbəsində hər həftə üç dəfə müalicə olunurduq və lazım olan dərmanlarımız da, dövlət tərəfindən verilirdi. Artıq son bir neçə aydır ki, dializ şöbəsinin müdiri vəzifəsini daşıyan Ilqar həkim bizə “müalicənizlə bağlı nə Səhiyyə Nazirliyi, nə də İnnovasiya və Təchizat Mərkəzi tərəfindən heç bir dərman verilmir, gedin dərdinizə özünüz əlac edin” deyir. Əgər əvvəllər müalicəmizlə bağlı dövlət tərəfindən Albumin, Venofen, Efleks, Karnitin, Riboksin, Esensial vitamin kompleksləri B1, B6, B12, Kafein, Analgin, Qlükoza və digər adda dərmanlar verilirdisə, bu gün yalnız bircə B6 vitamin kompleksi verilir. Hər birimiz imkansız ailələrik və müalicəmizlə bağlı dərmanları almağa heç cür imkanımız da yoxdur. Amma, vəziyyətimizi İlqar həkim başa düşmür. Dəfələrlə adı çəkilən səhiyyə müəssisəsinin rəhbərliyini bu yöndə məlumatlandırsaq da, çox təəssüf hissi ilə qeyd edək ki, bizimlə bağlı hər hansısa addım atılmadı. Belə bir səbəblər üzündəndir ki, İlqar həkim dializ xəstəsi olan hər kəsə qarşı ögey münasibətini ortaya qoyur, hər birimizə sanki yuxarıdan aşağı baxmağı özü üçün şərəf də bilir. Məsələn, o, bir neçə gün bundan əvvəl bizimlə birlikdə müalicə alan ağsaqqla bir kişiyə kobudcasına “dərman yoxdur, heç cəhənnəmə olmasın” deməkdən də çəkinmədi. Onun bu cür davranışı, bu cür təhqiramiz ifadələr səsləndirməsi bir daha onu deməyə əsas verir ki, şöbə müdiri vəzifəsini daşıyan bu şəxsin bir kimsədən çəkinəcəyi yoxdur. Ona bizim dərmanlar nə vaxt veriləcək deyə sual etdikdə, şöbə müdirinin cavabı o olur ki, “gedin Səhiyyə Nazirliyinə, gedin İnnovasiya və Təchizat Mərkəzinə, gedin tələbinizi onlardan tələb edin, məndən nə istəyirsiniz” deyir. Belə olan halda bizi o məqam da düşündürür ki, axı səhiyyəmiz günü-gündən inkişaf edir, büdcəmiz artır, “Dövlət Proqramı”na uyğun olaraq güzəştli şəxslərə ildən-ilə dövlət təminatı yaxşılaşdırılır. Görəsən atılan addımların qarşılığında dializ xəstələrinə niyə bu cür münasibət bəslənilir və dövlətin verdiyi dərman preparatlarını kimlər “qeybə çəkirlər?” Bax, bizi narahat edən belə məsələlərdir, atılan çirkin addımların varlığıdır. Axı, biz də bu ölkənin vətəndaşlarıyıq, bizim də Konstitusiya ilə qorunan hüquq və səlahiyyətlərimiz var! O halda sual oluna bilər ki, istər şöbə müdiri İlqar həkimə, istərsə də digər vəzifə sahiblərinə kim ixtiyar verib ki, bizim Konunstitusiya ilə qorunan hüquqlarımızı tapdaqlar altına atsınlar? Bəli, bizə qarşı törədilən “təxribat”ı təhlil etdikdə o qənaətə gəlmək olur ki, bu gün adı çəkilən şəxsləri dializ xəstələrinin taleyi deyil, daha çox cibləri düşündürməkdədir.
Onu da unutmaq olmaz ki, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının dövlət səhiyyə ocağı olmasına baxmayaraq, bu gün dövlətin xəstələrə verdiyi dərman preparatlarının çoxu onlara pulla satılır, imtiyazlı xəstələrə ögey münasibət sərgilənir və digər xoşagəlməz addımlar atılır. Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, adıçəkilən səhiyyə ocağında yarıtmaz idarəçilik hələ də davam etdirməkdədir.
Ümumiyyətə, adı çəkilən səhiyyə ocağında baş verən həngamələr haqda saatlarla yox, günlərlə həm yazmaq, həm də danışmaq olar. Çünki, adı çəkilən səhiyyə müəssisəsində o qədər haqsızlığa, o qədər qanunsuzluğa imza atılır ki, baş verənlərin nə həddi, nə də ki, hüdudu bilinir. Qarşı tərəfi də dinləyə bilərik.
Araşdırmamız davam edəcək.

“Gündəm Xəbər”

Şərhlər

XƏBƏR LENTİ